Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:19

"Sovet ölkələrinin Stalin dövrü haqda romanlara ehtiyac var"


-

"Boston Globe" Stalin dövrünü təsvir edən romanlara ehtiyac olması haqda "Stalinizm dövrü romanlarının çox maraqlı qıtlığı" adlı məqalə çap edib.

Məqalədə deyilir ki, biz qərblilərin əlində İkinci Dünya Müharibəsini qərblilərin, alman və yəhudilərin tərəfindən göstərən çoxlu romanlar var. Amma Stalin dövrünü, ümumiyyətlə Sovet İttifaqını içəridən göstərən romanlar yox dərəcəsindədir.

Qərbdə 1930-cu illər qulaqı haqda Kristallnacht, nasist düşərgələri haqda danışıldığı qədər çox danışılmayıb. Stalinizmin Sovet İttifaqına və Şərqi Avropaya təsiri araşdırılmayıb, hətta heç haqqında danışılmayıb.

Bəlkə ona görə ki, insanlar qısa sürən faciəni daha yaxşı başa düşürlər, nəinki uzun sürən faciəni.

Tarixi romanlar yazan litva-amerikalı Ruta Sepetys İkinci Dünya Müharibəsi haqda "Salt to the Sea" adlı bir qaçqın romanı yazıb. O, "Boston Globe"a deyir ki, unudulmuş yerlər və zamanlar haqda daha çox yazmaq və oxumaq istərdi:

“Mən Macarıstan, Ermənistan, Ukrayna kimi ölkələr haqda romanlar oxumaq istərdim. Qəhrəmanlar və hekayət vasitəsilə sovet tarixi statistikasının insanlara çevrilməsini görmək istərdim."

Bu marağın indi daha da aktuallaşmasının bir səbəbi də Rusiya Putin hakimiyyətinin Qərbdə Stalinizmin bərpası kimi tanınmasıdır.

XS
SM
MD
LG