Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:32

S.Lavrov məqsədini açıqladı


Sergei Lavrov
Sergei Lavrov

-

«Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm».

APA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergei Lavrov deyib.

«Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: «AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağa nə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?».

Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm», - deyə S.Lavrov bildirib.

S.Lavrov aprelin 6 və 7-si Azərbaycanda səfərdə olub. O, həm prezident İlham Əliyevlə görüşüb, həm də Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin üçlü görüşünə qatılıb.

XS
SM
MD
LG