Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:29

Cəbhədə çavuş həlak oldu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 14-də Azərbaycan və Ermənistan silahlı birləşmələrinin təmas xəttində atəşkəsin pozulması nəticəsində kiçik çavuş Rüstəm Əhmədov həlak olub.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Nazirlik cəbhəboyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməkdə davam etdiyini bildirir.

«Qoşunların təmas xəttində baş verən qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür», - deyə nazirliyin məlumatında bildirilir.

Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itki var. Ötən həftə Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycanın bu döyüşlərdə 31 hərbçi itirdiyini söyləmişdi. Ancaq sosial şəbəkələrdə yayılan müxtəlif siyahılarda daha çox adamın həlak olduğu iddia edilir. Hətta müxalifət partiyaları bir neçə gün əvvəl keçirdikləri toplantıda bildiriblər ki, Azərbaycan son əməliyyatlarda 90-dan çox hərbçi itirib. Azərbaycanın bir hərbçisinin isə rəsmən əsir düşdüyü güman edilir.

Aprelin 5-də saat 12:00-dan etibarən hərbi əməliyyatların dayandırılması haqqında razılıq əldə edilsə də, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda günahlandırır.

XS
SM
MD
LG