Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Tikinti materialları 2 faiz bahalaşıb


Tikinti materialları bazarı
Tikinti materialları bazarı

-

Mart ayında Bakıda tikinti materialları 2 faiz bahalaşıb. «Turan»ın xəbərinə görə, bahalaşma yalnız tikinti armaturlarının qiyməti ilə bağlı olub.

Ötən ay tikinti armaturunun qiyməti ayrılıqda 500-dən 550 manata yüksəlib. 2 faizlik ümumi bahalaşma bunun hesabına baş verib. Qalan tikinti materiallarının qiyməti dəyişməyib.

Agentlik qeyd edir ki, fevralda tikinti materialları 8.5 faiz ucuzlaşıb, yanvarda sabit qalıb. Ötən ilin dekabrında isə qiymətlərin 19 faizdən çox bahalaşdığı deyilirdi. Bu, 2015-ci ildə ən ciddi bahalanma idi.

Ekspertlərin fikrincə, tikinti materiallarının qiymət dinamikası bazarda sabitlik olduğunu göstərir. Bazarda mövsümi canlanma gözləmək olar. Ancaq iqtisadi göstəricilər pisləşdiyi üçün ciddi qiymət artımı proqnozlaşdırılmır.

XS
SM
MD
LG