Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:23

Xədicə İsmayıl İctimai Komitə ilə görüşməyib


Xədicə, Teaser səhifə, currenttime.tv
Xədicə, Teaser səhifə, currenttime.tv

Aprelin 26-sı vəkil Yalçın İmanov həbsdə olan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılla görüşüb. Yalçın İmanov deyir ki, Xədicə İsmayılın əhvalı yaxşıdır...

Vəkilin bildirməsin görə, həbs yerlərində məhbusların saxlanma vəziyyətinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ötən həftə qadın məhbusların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər. Orada olarkən onlar araşdırmaçı jurnalist Xədicə İsmayılla da görüşmək istəyiblər. Lakin jurnalist onlara rədd cavabı verərək, görüşməkdən imtina edib. Xədicə İsmayıl deyib ki, bu Komitə və eləcə də onun tərkibinə daxil olan şəxslər müstəqil deyil.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5 də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin Xədicə İsmayıl ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edir.

XS
SM
MD
LG