Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:19

Azərbaycanda problemli kreditlər artır


Manat
Manat

-

Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20 faiz səviyyəsində qiymətləndirilir.

APA bunu «Moody's» beynəlxalq reytinq agentliyinin hesabatına istinadən yayıb.

«İqtisadi azalma və milli valyutanın devalvasiyası Azərbaycanın bank sektorunda sabitliyi pozur. Manatın devalvasiyası xarici valyutada əmanətlərin və problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20 faizini təşkil edir», - deyə hesabatda qeyd olunub.

Agentliyin dəyərləndirməsinə görə, bank sisteminin əlavə kapital qoyuluşuna ehtiyacı var: «Ölkənin ən iri bankı Azərbaycan Beynəlxalq Bankı dövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit «Aqrarkredit» BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək».

Devalvasiyalardan sonra problemli kreditlərin həcminin artdığı bildirilir. Hətta bəzi ekspertlərin deməsinə görə, elə banklar var ki, problemli kredit həcmi 80 faizə çatır.

Rəsmi qurumlar ölkədə problemli kreditlərin həcmini 1 milyard yarım manat ətrafında göstərirlər.

XS
SM
MD
LG