Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:01

Mərkəzi Bankın valyuta ehtiyatı artıb


AMB-nin binası
AMB-nin binası

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayın 1-də 4 milyon 120 min dollara çatıb. Martın əvvəlinə olan rəsmi rəqəmlərlə müqayisədə, valyuta ehtiyatlarının həcmi 54,8 milyon dollar (1,34 faiz) artıb.

Ancaq son iki ildə Mərkəzi Bankın valyutası təqribən 2,5 dəfə azalmışdı. 2014-cü ildə bu vəsait 14 milyard dollardan çox idi.

Report-un xəbərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları yanvarın 1-nə olan göstəricilərlə müqayisədə 896 milyon dollar, ötən ilin analoji dövrünə nisbətən isə 4 267 milyon dollar azalıb.

Pul bazası da çoxalıb

Ölkənin pul bazasında da son bir ayda artım olub. Apreldə pul bazası 190 milyon manatdan çox artıb. Mayın 1-də 6 726 milyon manat təşkil edib.

Pul bazası ötən ilin analoji dövrü ilə müqayisədə 692 milyon manatdan çox azalıb. Pul bazası ötən ilin yanvarında 11 541, fevralda 10 551, martda 9 109, apreldə 8 339, mayda isə 7 418 milyon manat olub.

Son valyuta hərraclarında Mərkəzi Bank dollar almağa başlamışdı.

XS
SM
MD
LG