Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

«YAP-a qoşulub, «ağıllansam»...»


Rüfət Səfərov
Rüfət Səfərov

-

«Ayrı-ayrı kanallar vasitəsilə nəzərimə çatdırılır ki, üzr istəyib, indiyədək ifadə etdiklərimin böhtan olduğunu bəyan etsəm, YAP-ın sıralarına qoşulub, «ağıllansam», bir an öncə işə xitam veriləcək».

Bunu hazırda ev dustağı, Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov öz Facebook səhifəsində yazıb.

Keçmiş müstəntiq təklifi anlayışla qarşılamaqla bərabər, 3 qeydi diqqətə çatdırır:

«1. YAP-ın Azərbaycan tarixinə qara hərflərlə düşəcəyini yəqin bildiyimdən, sıralarına qoşulmağı məqbul saymıram;
2. İndiyədək dürüst sanıb dediklərimizi bundan sonra da söyləyəcəyik;
3. Haqq yolundan bir addım belə geri çəkilməyi düşünmürük».

Mayın 4-də keçmiş müstəntiqin ev dustaqlığı 3 ay uzadılıb.

KEÇMİŞ MÜSTƏNTİQİN EV DUSTAQLIĞI ARTIRILDI

Binəqədi Rayon Məhkəməsi bun gün keçmiş müstəntiq Rüfət Səfərovun ev dustaqlığının müddətini artırıb.

Bunu Azadlıq Radiosuna R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib:

«Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və müstəntiq məhkəməyə ev dustaqlığının daha 3 ay müddətinə uzadılması üçün vəsatət təqdim etdi. Biz də etiraz etmədik və beləliklə, ev dustaqlığı daha 3 ay uzadıldı».

B.Bayramov deyib ki, bununla həm də istintaq müddəti 3 ay uzadılıb.
R.Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq prokurorluq sistemindən istefa verdiyini bildirmişdi. O, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq istefa verdiyini açıqlayandan dərhal sonra Baş Prokurorluq onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərmişdi. Ardınca da R.Səfərovun kirayə yaşadığı evdə axtarış aparılmış, kompüteri və telefonu götürülmüşdü.

2016-ci il yanvarın 15-də Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə onun barəsində 3 ay 26 günlük həbs-qətimkan tədbiri seçilib. Ona qarşı rüşvət almaq ittihamı irəli sürülüb. 2016-cı il yanvarın 22-də o, həbsdən azad edilərək, ev dustaqlığına buraxılıb.

R.Səfərov ittihamları qəbul etmir, bunu prokurorluq sistemindən istefa verib çıxması ilə izah edir.

XS
SM
MD
LG