Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:28

Vətəndaş: «Məni polis bu günə salıb»- [Fotolar]


Rəşad Abbasovun ayaqları
Rəşad Abbasovun ayaqları

►“Əllərim işləmir. Ayaq barmaqlarım sınıq-sınıqdır, sınığın yerinə su yığılır. Dalağım uzanıb, böyrəyim, ciyərim dağılıb.

Beynim silkələnib. Həkimlər deyir, 120 gün ərzində sağlamlıq bərpa olunmasa, əlillik dərəcəsi təyin oluna bilər”

Sumqayıt sakini Rəşad Abbasov iki aydır ki, Sumqayıt şəhər 1 saylı polis şöbəsinin işçiləri tərəfindən işgəncəyə məruz qalmasından yazır.

Ancaq deyir, hələ də onu yarımcan edən polis işçilərinin cəzalandırılmasına nail ola bilməyib:

“Martın 22-də gecə qonşunun oğlu Namiqi bıçaqlamışdılar. Mən də qaçıb anasına xəbər elədim. 5 dəqiqə keçməmiş Namiq keçindi. Səhər saat 7-də polislər evimizə gəlib məni şahid kimi ifadə vermək üçün özləri ilə şöbəyə apardılar. Şöbənin qapısına çatana qədər deyirdilər ki, “şahidsən”, ancaq şöbəyə salan kimi tələb etdilər ki, “qətli üzərinə götür, iş bağlansın getsin””.

“YA BURADAN ÖLÜN ÇIXACAQ...”

Rəşad Abbasov
Rəşad Abbasov

Rəşad Abbasov təklifi qəbul etmədiyinə görə işgəncəyə məruz qaldığını deyir:

“Bədənimi “tok”a verdilər, ayaqlarıma, əllərimə dəyənəklə dayanmadan saatlarla vurdular. Başıma o qədər vurmuşdular ki… Deyirdilər, “ya buradan ölün çıxacaq, ya da qətli etiraf edəcəksən, özün seçimini et””.

Rəşad Abbasov deyir, bəxti onda üzünə gülüb ki, elə həmin gün günorta saatlarında hadisəni törədənlər həbs olunub, polislər işgəncəni dayandırıblar:

“Saatlarla dayanmadan işgəncə verirdilər ki, günün sonuna kimi ifadəyə qol çəkdirsinlər. Günortadan sonra məndən əl çəkdilər. Ancaq artıq ölümcül vəziyyətdəydim. Tapşırdılar ki, “burdan çıxdın, düz evə get, burda olanlar elə burada qalsın. Harasa şikayət eləsən, təzədən bura gətiriləcəksən””.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

“ƏLLƏRİM İŞLƏMİR”

Rəşad Abbasovun qohumları isə onu evə yox, birbaşa Sumqayıt xəstəxanasının travmatologiya şöbəsinə aparıblar.

Rəşad Abbasov
Rəşad Abbasov

Baş verənlərdən iki ay ötməsinə baxmayaraq, Rəşad hələ də həkim nəzarətindədir:

“Əllərim işləmir. Ayaq barmaqlarım sınıq-sınıqdır, sınığın yerinə su yığılır. Dalağım uzanıb, böyrəyim, ciyərim dağılıb. Beynim silkələnib. Həkimlər deyir, 120 gün ərzində sağlamlıq bərpa olunmasa, əlillik dərəcəsi təyin oluna bilər. İş orasındadır ki, Sumqayıt həkimləri qorxularından mənə yüngül xəsarət yazmışdılar. Ancaq Bakıda xəstəxanalarda beyin silkələnməsi, bədəndəki sınıqlar – bütün diaqnozlar düzgün qoyuldu”.

“TƏSDİQİNİ TAPMAYIB”

Rəşad Abbasovun qardaşı Elşad Abbasov ona 1 saylı polis şöbəsində işgəncə verilməsi ilə bağlı DİN “102” xidmətinə etdiyi şikayətə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsindən cavab alıb ki, şikayətdə göstərilən xüsusatlar araşdırılıb, ancaq təsdiqini tapmayıb.

Sumqayıt prokurorluğundan “Qaynar xətt”ə bildirilib ki, Rəşad Abbasovun 1 saylı polis bölməsində döyülməsi ilə bağlı quruma yazdığı ərizəsi araşdırılıb və təsdiqini tapmayıb.

Rəşad Abbasovsa deyir, onu işgəncə verən polislər cəzalarına çatmayınca, əl çəkməyəcək. O, təzəliklə yenə ombudsmana, baş prokurora, daxili işlər nazirinə və prezidentə yazıb.

Buna da bax: Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG