Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:56

Baş məşqçi: “Pulu olmayan necə dolanar?”


İllüstrasiya
İllüstrasiya

►“Bir var kefimizdən deyək ki, yarışda iştirak eləmirik, bir də var, maddi çətinliyə görə iştirak edə bilmirik”

Voleybol üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası maddi sıxıntılar içindədir. Hətta bu gün (mayın 16-da) maddi problemlər üzündən komandanın mayın 19-da Tbilisidə Avropa Çempionatının seçmə mərhələsində iştirak etməyəcəyi xəbəri də yayıldı.

Yığma sıxıntılara görə yarışdan da imtina edəndən sonra Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev komandanı qəbul edib, problemlərinin həll olunacağına söz verib.

Bu haqda AzadlıqRadiosuna voleybol üzrə kişilərdən ibarət yığma komandanın baş məşqçisi Fərid Cəlalov məlumat verib.

– Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev bizi yığıb tövsiyələrini verdi. Sağ olsun, yenə həmişəki kimi, bir çox problemlərimizi aradan qaldırdığını dedi. Bu gün səhər saatlarında gedib rəhbərliyə müraciət edib.

– Deyəsən, problemlərin başında maaş məsələsi dayanır.

– Bəli, maaş problemimiz də var. Faiq müəllim bizimlə keçirdiyi toplantıda hər şeyin həll olunacağını dedi.

– Komandanın son 6 ayda maaş ala bilmədiyi doğrudurmu?

– Bəli.

– Bu, nədən qaynaqlanır?

– Belə deyərdim, rəhbərliyin diqqətsizliyindən irəli gələn bir şeydir. İstər Voleybol Federasiyasının vitse-prezidenti Faqi Qarayev, istərsə də baş katib Elşən İsmayılov həmişə bizə dayaq durublar. Son dövrlər belə problemlərimiz yaranıb. Ancaq biz Faiq müəllimə inanırıq. İllərlə bu adamı arxamızda görmüşük, ona görə adını tez-tez çəkirəm. Başqa heç kimi görməmişik. Həmişə xəstəmiz olanda da, rəhmətə gedənimiz olanda da o kömək edib.

– Bəs Voleybol Federasiyasının prezidenti,nəqliyyat naziri Ziya Məmmədovun sizə dəstəyi olmayıb?

– Yəqin ki, olmayıb. Olsaydı, Faiq müəllimin adını çəkdiyimiz kimi, onun da adını çəkərdik.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

– Bəs, idmana bu qədər pul sərf olunur, ölkədə təntənəli idman tədbirləri keçirlir. Sizin komanda niyə yarım ildir maaş ala bilmir?

– Hamımız bilirik ki, cənab prezident İlham Əliyev bu idman növünü sevir. Ümumiyyətlə, idmanı sevir. Onun idmana ayırdığı pulları biz görürük. Prezidentin göstərdiyi qayğının 10 faizi bizə gəlib çatmadığna görə buna əl atdıq. Yoxsa, niyə belə edək ki? Voleybol sevdiyimiz peşəmizdir. Yoxsa niyə voleybol meydançasına çıxmayaq ki?

Azərbaycanın qadın voleybolçularının kişilərdən fərqli olaraq maddi sıxıntısı yoxdur
Azərbaycanın qadın voleybolçularının kişilərdən fərqli olaraq maddi sıxıntısı yoxdur

– Deyirsiz, 10 faiz də sizə çatmır. Niyə çatmır?

– Onu mən deyə bilmərəm. Biz də onun səbəbini bilmək istəyirik ki, niyə çatmır.

– Nə qərara gəldiniz? Mayın 19-da Avropa Çempionatının təsnifat mərhələsində iştirak edəcəksiniz?

– Bəli. Bu günə qədər iştirak edə bilmirdik. Bir var, öz kefimizdən deyək ki, “iştirak eləmirik”, bir də var, iştirak edə bilmirdik. İndi məsələ həll olunub. Faiq Qarayevin iclasından sonra getməyə qərar vermişik. İnşaallah, sabah axşam gedəcəyik.

– Bəs ödənməyən maaşlarınız necə, ödənəcəkmi?

– Bu, nə vaxt həll olunacaq, hələ dəqiq deyil. Sadəcə olaraq, Faiq müəllimin sözündən çıxmırıq, ona inanırıq. Təbii ki, bizi gedib ac oynamağa məcbur eləməz.

– Bəs maaş almadığınız bu 6 ayda necə dolanırdınız?

– Necə dolandığımızı bir özümüz bilirik, bir də Allahımız. Pulu olmayan adam necə dolanar? Qohumuna əl açacaq, evindəki əşyaları satmağa əl atacaq... Pulsuz də, pulsuz. Bunu ifadə eləmək üçün çox şey deyə bilərəm, sadəcə, mətbuatda yayımlanmağını istəmirəm.

Buna da bax: Buna da bax: Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

XS
SM
MD
LG