Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:22

Qiyasın anası: «Gətirdiklərini mənim yatağıma qoydular» (VİDEO)


"Dedim ki, narkotiki səhvən mənim yatağıma qoydun"
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

"Dedim ki, narkotiki səhvən mənim yatağıma qoydun"

-

Narkotik ittihamı ilə saxlanılan gənc fəal Qiyas İbrahimin anası Şura xanım AzadlıqRadiosuna danışıb. O, evində polisin apardığı axtarışa, oğlunun döyülməsi haqda yazdığı izahata münasibət bildirib.

Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

– Mənim evimə gəlib axtarış aparanda gördüm ki, başdan ayağa haqsızlıq var.

– Haqsızlıq nədə idi?

– Övladıma şər atdılar. Gözümün qabağında o gətirdiklərini mənim yatağıma qoydular. Oğlumun yatağına yox, mənim yatağıma... Mən də dedim ki, «axtarış aparma, yastığımın altına qoyduğunu götür, bilirəm artıq nəyə gəlmisiniz». Mən savadsız deyiləm, nəyə gəldiklərini gözəl bilirdim. Dedim ki, «boş-boşuna axtarış aparma, götür oradan qoyduğunu, özün də burda qışqırıb-bağırma». Polislər nərildəyirdilər, evi titrədirdilər. Qorxmasaydılar, oğlumun da, mənim də oradaca qanımı içərdilər. Təsəvvür edirsinizmi? Belə olmaz! Qanun qanundursa, ona əməl olunmalıdır. İnsanı belə vəziyyətə salmaq olmaz. O an mən ölə də bilərdim.

– Sizə qarşı kobud davranırdılar, ya təzyiq edirdilər?

– Mənə təzyiq olmadı, sadəcə, uşağımın üstünə qışqırırdılar. Oğluma qarşı kobudluq edirdilər. Mənim yanımda bunu edən gör, arxada nələr edib... Oğlumu döyüblər. Mən də əlimdən gələni edəcəyəm, hər şey edəcəyəm. Bilmək istəyirəm, övladımı nəyə görə döyürlər, niyə zorakılıq edirlər?

Müsahibə videodan sonra davam edir

– Siz Qiyasla birgə tutulan Bayramın yazdıqlarını oxumusunuz, yəqin.

– Oxumuşam, bəli. Mənim oğlumu da döyüblər. Bayram kimi döyməyiblər, düzdür. Bayrama daha çox əzab veriblər... İndi bilmirəm, bəlkə də məndən gizlədirlər. Ürəyim xəstədir... Ürəyim ağrıdığından Qiyasın yazdığını mənə oxutmadılar. Heç nə demədilər... Qurban olum, olar, sonra danışaq?... Sonra danışarıq.

Həyəcanlı ananı bir az da həyəcanlandırmamaqdan ötrü söhbəti yarıda kəsirik.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da B.Məmmədovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubunu şərh etməyiblər.

XS
SM
MD
LG