Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Əvvəlki illərin məzunları qəbul imtahanı verir


Qəbul imtahanı (arxiv fotosu)
Qəbul imtahanı (arxiv fotosu)

Əvvəlki illərin məzunları I və IV ixtisas qruplarına qəbul imtahanı verir.

Mayın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunlarına ali məktəblərin I və IV ixtisas qruplarına qəbul imtahanı keçirir.

AZƏRTAC xəbər verib ki, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərində imtahanlar aparılır.

İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər test suallarının ekspertizasını keçirəcək.

Ali təhsil müəssisələrinə əvvəlki illərin məzunlarının 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı isə mayın 15-də keçirilmişdi. i

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirirdi ki, qəbul imtahanlarında abituriyentlərdən cəmi 8 nəfəri 600-700 bal toplayıb.

Abituriyentlərdən 57-si 500-599, 29-u 400-499, 823-ü 300-399, 2 min 140 nəfəri 200-299 bal yığıb.

İmtahan verənlərdən 10 270 nəfər isə 0-199 bal toplayıb. Bu abituriyentlərin 75 faizindən çoxdur.

XS
SM
MD
LG