Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:48

SOCAR İsveçrədə ofisini bağlayır


SOCAR
SOCAR

-

SOCAR-ın Cenevrədəki ofisinin fəaliyyətini dayandırdığı bildirilir. APA bu xəbəri Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallıya istinadən yayıb.

«Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu. Bu, ölkədəki rəsmi nümayəndəlik, «SOCAR Trading» və «SOCAR Energy Switzerland» idi. Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı», - deyə diplomat qeyd edib.

Səfir qeyd edib ki, SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb: «Lakin hazırda SOCAR rəqabət qabiliyyətli bir şirkətə çevrilib və müştərilər ondan razıdır».

Xərclərin optimallaşdırılması məsələsi 3 ildən çoxdur ki, SOCAR-ın gündəmində dayanır. Bundan irəli gələrək şirkətin çoxsaylı əməkdaşlarının ixtisar adı ilə iş yerlərini itirdikləri bildirilir. Qurumun tikinti, təchizat kimi bir sıra müəssisələrinin ləğv olunduğu qeyd edilir.

Bundan əvvəl «SOCAR Turkey Energy» «Petkim» layihəsindəki payının da bir hissəsini satmışdı.

XS
SM
MD
LG