Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:42

BMT təmsilçisi: “Gənclərin ayağında xəsarət izləri var”


Qiyas İbrahimov və Bayram Məmmədov
Qiyas İbrahimov və Bayram Məmmədov

►BMT-nin Qanunsuz Saxlana üzrə İşçi Qrupu həbsdə olan gənc fəallarla da görüşüb

"Biz bu yaxınlarda həbs olunan iki tələbə ilə istintaq təcridxanasında görüşdük. Görüş zamanı onların üzərində, xüsusən, əllərində və ayaqlarında zədələr, xəsarət izləri gördük. Biz həmin izlərin nədən yarandığını deyə bilmərik. Amma tələbələr həmin izlərin polis idarəsində işgəncədən yarandığını bildirdilər. Onlar bunu vəkillərinə də deyiblər, öz məktublarında da göstəriblər".

Bunu BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupunun mayın 25-də Bakıda keçirdiyi mətbuat konfransında məruzəçi Setonçi Roland Adcovi bildirib.

“HƏBS ƏN SON VASİTƏ OLMALIDIR”

Mayın 16-dan Bakıda səfərdə olan dörd nəfərlik İşçi Qrup həbs yerlərində, internatlarda saxlanılan 80-ə yaxın şəxslə, eləcə də rəsmilərlə görüşüb. Bu görüş və söhbətlərin nəticəsi olaraq, İşçi Qrup Azərbaycanda xüsusən psixo-sosial və əlilliyi olan şəxslərin müvafiq müəssisələrə yerləşdirilməsi, ölkədə cinayət-mühakimə sistemindən narahatlığını ifadə edib.

"İşçi Qrup qanunçuluq prinsipi, ittihamlar barədə dərhal məlumatlandırılmaq hüququ, şəxsin özünün seçdiyi vəkillə təmin olunmaq hüququ, saxlanılmaya qarşı etiraz vermək hüququ, işgəncə və pis rəftarın qadağan olunması kimi hüquqların pozulmasını müşahidə edib", - Setonçi Roland Adcovi bildirib.

İşçi Qrup qanuna zidd davranan uşaqlara qarşı rəftardan da narazı qalıb: "Onların həbsdə saxlanılması ən son vasitə olmalıdır. Buna baxmayaraq, bir çox yetkinlik yaşına çatmayan şəxslər, hətta az ağır cinayətə görə də sanki avtomatik qaydada həbsə alınma ilə üzləşir. Həbs yerlərində məruz qaldıqları bərbad saxlanılma şəraiti onların sonrakı reablitasiyasına və yenidən təhsilə qayıtmasına mənfi təsir göstərə bilər".

“CİNAYƏT MÜHAKİMƏSİ ALƏTƏ ÇEVRİLİB”

Məruzəçi deyir ki, İşçi Qrup Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər, siyasi rəqibləri susdurmaq məqsədilə cinayət mühakiməsinin alətə çevrilməsi tendensiyasını müşahidə edib:

"Bu sırada ilk ağlagələn İlqar Məmmədov, Xədicə İsmayılova, Zeynalabdin Bağırzadədir. Rəşad Ramazanov, Nicat Əliyev də bu siyahıya daxildir. Bu gün Xədicə İsmayılova şərti azadlığa buraxılıb və bu hal tərəfimizdən təhlil olunacaq. Bu siyahı həmçinin Vəkillər Kollegiyasının intizam tədbirləri də daxil olmaqla, müxtəlif hədə-qorxulara məruz qalan vəkilləri də əhatə edir".

____________________________________________________________

Bunlara da bax:
Savçenko Vətənə döndü
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Adcovi əlavə edib ki, İşçi Qrupun Azərbaycana dəvət olunması təşəbbüsünü Azərbaycan hökumətinin nəzərdə tutduğu islahatların başlanğıc nöqtəsi hesab edir. Qrup bu gün səhər dövlət məmurları ilə görüşərək, səfərin ilkin nəticələri, narahatlıq doğuran məsələləri onların nəzərinə çatdırıb.

İşçi Qrup Azərbaycana səfərin nəticələrinə dair yekun hesabatı gələn ilin sentyabrında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Mayın 16-da da B. Məmmədovun ona işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə gənclərin onlara işgəncə verilməsi ilə bağlı dediklərini təkzib ediblər.

Üstəlik, Ombudsman Aparatından da gənclərə işgəncə verilmədiyi bildirilib.

Gənc fəalların vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na müsahibəsində Ombudsman Aparatının açıqlamasını əsasız saymışdı. Vəkil deyirdi ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb.

Mayın 19-da isə Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirildi.

Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apellyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edirdi.

Elçin Sadıqov bildirib ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb.
Vəkil mayın 24-də isə gənc fəalın anasının xahişi ilə aclığı dayandırdığını açıqlamaışdı.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!»sözləri yazılmışdı.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Buna da bax: Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib

Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”
Günün əsas hadisələri AzadlıqLive proqramında (25 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”
Xədicə: "Qaldığım yerdən davam edəcəm"
Gözlə

No media source currently available

0:00 0:16:57 0:00
XS
SM
MD
LG