Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Nazir səfirə Qarabağdan danışıb


-

Azərbaycan xarici işlər Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunan səfiri Karol Kroftsu qəbul edib.

Xəbəri Azərbaycan Xarici İçlər Nazirliyi yayıb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdığı bildirilib.

E. Məmmədyarov qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında səfirə mlumat verib.

Nazir Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını bildirib. O mövcud “status kvo”nun qəbuledilməz olduğunu söyləyib.

Mayın 16-da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub.Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Nazirin haqqında danışdığı mərhələli həll planı əvvəl işğal altındakı rayonların boşaldılmasından, sonra isə status məsələsinə toxunulmasından bəhs edilir.

Bundan başqa əvvəlki danışıqlarda paket və ümumi dövlət planlarının da müzakirə edildiyi bildirilirdi.

XS
SM
MD
LG