Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:42

Rusiyada "Kadırov körpüsü"nə etiraz


►Sankt-Peterburqda körpüyə Kadırovun adının verilməsinə qarşı petisiyanı 10000-dən çox adam imzalayıb

Mayın 30-da Sankt-Peterburqun toponimika komissiyası Duderhof kanalının üstündən keçən körpünü Çeçenistan rəhbəri Ramzan Kadırovun atası Axmat Kadırovun şərəfinə adlandırmaq fikrini dəstəkləyib.

Bu addıma qarşı petisiya özünü çox gözlətməyib. Petisiyanı artıq 10000-dən çox adam imzalayıb.

"Duderhof kanalının üzərindən keçən körpü Peterburqa dəxli olmayan adamın adını daşımamalıdır. Həqiqətən də Axmat Kadırov Çeçenistanda atəşin kəsilməsi üçün çox iş görüb. Ancaq, üzr istəyirik, bunun Peterburqa nə aidiyyadı var?", deyə şəhərin qubernatoruna, toponimika komissiyasına və Sankt-Peterburqun qanunverici məclisinə ünvanlanmış müraciətdə deyilir.

Kadırovun adının Duderhof kanalının üzərindəki körpüyə verilməsi təklifi Peterburqun qanunverici məclisinin deputatı Vitaliy Milonovdan gəlib. Mayın 30-da bu təklif toponimika komissiyasında səsə qoyulub və komissiyanın 9 üzvü onun leyhinə səs verib. 6 nəfər əleyhinə səs verib, 2 üzv isə bitərəf qalıb.

Bu addıma qarşı çıxış edənlər arasında məşhur aktyor Oleq Basilaşvili və kinorejissor Aleksandr Sokurov da var.

Peterburqun qanunverici məclisinin "Yabloko" partiyasından olan deputatı Boris Vişnevskiy bu məsələ ilə bağlı referendumun keçirilməsi üçün sənədləri şəhər seçki komissiyasına təqdim etmək fikrindədir. Deputat Maksim Reznik isə Facebookda yazıb ki, referendum 18 sentyabrda, yəni vahid səsvermə günündə keçirilə bilər.

Buna da bax: Kadırovların Qroznısı- [Fotolar]

XS
SM
MD
LG