Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:49

İntiqam Əliyev beynəlxalq tədbirdə


İntiqam Əliyev
İntiqam Əliyev

-

Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib.

Musavat.com-un xəbərinə görə, bu barədə Sumqayıt Məhkəməsi qərar qəbul edib.

Artıq hüquq müdafiəçisi Avropa Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etməkdən ötrü Strasburqa yola düşüb.

Ancaq İ.Əliyevin ölkədən müvəqqəti çıxışına icazə verilib. Onun oğlu Nəcmi Əliyev öz Facebook səhifəsində yazır: «Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə İntiqam Əliyevin 10 gün müddətinə ölkədən çıxışına icazə verilib. İ.Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb. O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək. Konfransın işində AŞ insan haqları komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökumət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər».

Martın 28-də İntiqam Əliyevin həbsi 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb. O, 2014-cü il avqustun 8-də həbs olunmuş, qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG