Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:34

“Qərbin acığına” Aya Sofyada Quran oxunur


İstanbulda Aya Sofya muzeyinin qarşısında etiraz namazı, 31 May 2016
İstanbulda Aya Sofya muzeyinin qarşısında etiraz namazı, 31 May 2016

Türkiyənin Xarici İşlər Nazirliyi İstanbuldakı Aya Sofyada Quran oxunması qərarı ilə bağlı qonşu Yunanıstanın bəyanatına cavab bəyanatı yayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi İstanbuldakı Aya Sofyada Quran oxunması qərarı ilə bağlı qonşu Yunanıstanın bəyanatına cavab bəyanatı yayıb.

Türkiyə xarici işlər nazirinin müavini Tancu Bilgiç deyib ki, müqəddəs Ramazan günlərində Aya Sofyada Quran oxunmasına Afinanın etirazı qeyri-məqbuldur.

Son günlər Qərb mediası Erdoğan hökumətinin qədim Bizans xristian məbədindəmüsəlman ayinləri keçirilməsi barədə “ziddiyyətli” qərarından yazır.

Hökumət qərarına əsasən Ramazan günlərində hazırda muzey olan Aya Sofyada keçirilən dini mərasimlər TRT Diyanet kanalı ilə canlı yayınlanacaq.

Cənab Bilgiç Yunanıstanı “tonuna fikir verməyə” və “antiislamçılığı müasirliklə qarışdırmamağa” çağırıb.

De facto məsçid

Nazir müavini xatırladıb ki, Yunanıstan uzun müddət Afinada məsçid tikilməsinə icazə verməyib və Qərbi Trakiyada müsəlman türk azlığının hüquqlarını pozub.

“Biz bu mənada Yunanıstanın yadına salırıq ki, başqalarının dinlərinə və ibadət formalarına ehtiram müasir, demokratik və dünyəvi cəmiyyətlətin dəyərləri arasındadır” – deyilir bəyanatda.

Aya Sofyada Quran oxunmasını TRT canlı yayınlayır
Aya Sofyada Quran oxunmasını TRT canlı yayınlayır

Yunanıstan XİN-in bəyanatında Aya Sofyada müsəlman ayinləri keçirilməsinin “müasir, demokratik və dünyəvi cəmiyyətlərə və Türkiyənin Avropa kursuna zidd olduğu” vurğulanmışdı.

Yunanıstanın keçmiş xarici işlər naziri və Afinanın keçmiş bələdiyyə rəisi Dora Bakoyannis demişdi ki, UNESCO-nun dünya mədəni irsi sayılan Aya Sofyada müsəlman ayinlərinin icrası buranın de facto məsçidə çevrilməsi deməkdir.

6-cı əsrdə Xristian məbədi kimi tikilmiş Aya Sofya 15-ci əsrdə osmanlı fəthinin ardınca imperiya məsçidinə çevrilmişdi.

Mayın 28-də İstanbul fəthinin 563-cü ildödümü günündə yüzlərlə islamçı nümayişkəranə şəkildə Aya Sofyanın qarşısında namaz qılmış və məbədin yenidən müıəlmanlar üçün açılmasını tələb etmişdilər.

Genişlənən uçurum dərinləşir

Qərb mediası Aya Sofyada Quran oxunmasına və bunun televiziya ilə yayınlanmasına icazə verilməsini Erdoğanın Almaniya Bundestaqının “erməni soyqırımını” tanıyan qətnaməsinə cavabı olduğunu yazır.

Əgər Birləşmiş Ştatlar PKK-nın tərəfinə keçirsə, Almaniya isə soyqırım yalanından yapışırsa, biz də buranı ibadət üçün açırıq

Lakin bəzi müşahidəçilər bildirirlər ki, hadisə Türkiyə ilə Avropa arasında çoxdan bəri genişlənməkdə olan uçurumun dərinləşdiyini göstərir.

Yunanıstan rəsmiləri, Ankaranın bu addımını bütövlükdə xristianlara, xüsusilə də pravoslavlara hörmətsizlik kimi qiymətləndirirlər.

Aya Sofya məbədində Quran oxunması barədə qərarla bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmiləri daha açıq danışırlar.

AKP sədrinin müavini Şamil Teyyar Tvitter hesabından göndərdiyi postda belə yazıb: “Əgər Birləşmiş Ştatlar PKK-nın tərəfinə keçirsə, Almaniya isə soyqırım yalanından yapışırsa, biz də buranı ibadət üçün açırıq”.

Bəzi şərhçilər bu bəyanatı Erdoğan hökumətinin Aya Sofya ilə bağlı növbəti niyyətlərinin göstəricisi kimi qiymətləndiriblər.

Onlar AKP-nin yaxın gələcəkdə Aya Sofyanın təkrar məsçidə çevrilməsi barədə qərar verməsini istisna etmirlər.

XS
SM
MD
LG