Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:41

Həmməruzəçilər İlqar Məmmədovla görüşüb


İlqar Məmmədov
İlqar Məmmədov

-
Bu gün REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda ilə görüşdüyü bildirilir.

REAL-ın yaydığı məlumata görə, İlqar Məmmədov görüşdə bildirib ki, həmməruzəçilərin siyasi məhbus mövzusuna yanaşması onu heç qane etməsə də, bu sahədəki çalışmalarında onlara uğur arzulayır.

S.Schennach və C.F.Preda iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Onları səfərlərinin ilk günü prezident İlham Əliyev qəbul etmişdi. Günün ikinci yarısında isə onlar hüquq müdafiəçiləri, media və müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşdülər.

2013-cü ildə İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG