Azərbaycanda kasıb tələbənin 15 dərdi...

Azərbaycanda kasıb tələbələrin gündəlik həyatından 15 epizodu fotolarla təqdim edirik

Fotolar: shutterstock.com

Buradan Başla


BÜTÜN GƏNCLİYİNİ XARİCDƏ TƏHSİL ALA BİLMƏK YANĞISI İLƏ ALIŞIB-YANMAQLA YOLA VERMƏK...


İMTAHANLARA “ŞPARQALKA” KEÇİRƏ BİLMƏK ÜÇÜN ÇOXSAYLI YOLLAR AXTARMAQ, FƏNDLƏR QURMAQ....


BIR ÇOXLARININ QAZANC MƏNBƏYİNƏ ÇEVİRDİYİ MÜXTƏLİF XARİCİ ÖLKƏ MÜƏLLİFLƏRİNDƏN KÖÇÜRÜLMÜŞ KİTABLARI ALMAĞA MƏCBUR OLMAQ...


BƏZİ MÜƏLLİMLƏRİN KÖHNƏLMİŞ, DARIXDIRICI MÜHAZİRƏLƏRİNİ DİNLƏMƏYƏ MƏCBUR OLMAQ, YAXUD MÜƏLLİMİN MÜHAZİRƏSİNİN ELEKTRON MƏTNİNİ YENİDƏN DƏFTƏRƏ KÖÇÜRMƏK...


BİLMƏDİYİ XARİCİ DİLDƏ KİTABLARI UCUZ ƏLDƏ ETMƏYİN YOLLARINI AXTARMAQ, TAPANDA DA ONUN “TƏRCÜMƏSI”NƏ AYLARINI ITIRMƏK...


ÖLKƏDƏKİ İCTİMAİ-SİYASİ DURUMLA BAĞLI FƏRQLİ BAXIŞLARA SAHİB OLSAN DA SİYASİ HAKİMİYYƏTİ TƏRİFLƏYƏN ÇIXIŞLAR ETMƏK, BELƏ ÇIXIŞLARI GURULTULU ALQIŞLARLA TƏRİFLƏMƏK...


İMTAHANLARA PUL VERMƏMƏK ÜÇÜN GECƏ-GÜNDÜZ GƏLƏCƏKDƏ HEÇ NƏYƏ LAZIM OLMAYACAQ MƏTNLƏRİ ƏZBƏRLƏMƏYƏ MƏCBUR OLMAQ...


ÖLKƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ İDMAN VƏ BAŞQA XARAKTERLİ TƏDBİRLƏRƏ MƏCBURİ ŞƏKİLDƏ “KÖNÜLLÜ” KİMİ İŞTİRAK ETMƏKDİR...


CORABIN, AYAQQABININ CIRIĞINI GİZLƏDƏ BİLMƏK ÜÇÜN HƏFTƏLƏRLƏ QOHUM-QONŞUDAN UZAQ GƏZMƏK, GEDƏNDƏ DƏ BU CIRIQLARI GİZLƏTMƏK ÜÇÜN “MİN OYUNDAN” ÇIXMAQ...


YOLPULUNA QƏNAƏT EDƏ BİLMƏK ÜÇÜN İCTİMAİ NƏQLİYYATA MİNMƏYİB KİLOMETRLƏLƏ YOLU PİYADA GETMƏK, YAXUD BU MİNSƏ DƏ “DOVŞANLIQ ETMƏYİN” (ARXA QAPIDAN DÜŞÜB QAÇMAĞIN) YOLUNU AXTARMAQ....


GÖZLƏNİLMƏZ TANIŞLIQLARIN, QƏFİL TAPINTILARIN GƏTİRƏ BİLƏCƏYİ ZƏNGİN YAŞAMIN XƏYALLARI İLƏ YAŞAMAQ...


TƏHSİL HAQQINA, GÜNDƏLİK XƏRCLƏRƏ VALİDEYNLƏR VƏ YA BAŞQA QOHUMLARDAN NECƏ PUL İSTƏMƏYƏ BƏHANƏLƏR DÜŞÜNMƏKDİR...


GEÇƏNİ HARDA QALMAQ DƏRDİ ÇƏKMƏDƏN HANSI DOSTUN, QOHUMUN EVİNDƏ AXŞAMLADINSA ELƏ ORDA DA YATIB QALMAQ ÜSTÜNLÜYÜ...

ollar


GÜNÜ BİR BULKA İLƏ YOLA VERMƏYİ BACARMAQ, YAXUD ƏN UCUZ DÖNRƏİN YERİNİ TAPMAQ, YA DA NÖVBƏTİ ÖYNƏNİ İRƏLİ DÜŞMƏK ÜÇÜN QOHUM-TANIŞIN EVİNƏ GEDİB SAATLARLA ONLARIN NƏ ZAMAN SÜFRƏ AÇACAQLARINI GÖZLƏMƏK...


UNUDULMAZ MÜƏLLİMLƏ TANIŞ OLMAQ VƏ ATA-ANADAN DA DOĞMA BİRİNİ KƏŞF ETMƏKDİR.

SƏN DƏ PAYLAŞ: