Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

İngilis pulu manat qarşısında ucuzlaşdı


Funt-sterlinq
Funt-sterlinq

-

İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarı milli valyutasını manat qarşısında da ucuzlaşdırıb.

Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnəyə görə, ingilis funt-sterlinqi manat qarşısında 9.3 faiz dəyərdən düşüb. Dünən 2.2636 manat səviyyəsində qərarlaşan funt-sterlinq bu gün 2.0530 manata bərabər olub.

Həmçinin, avro da manat qarşısında 3.2 faiz ucuzlaşıb. 1 avro 1.6787 manata düşüb.

«Brexit» qərarında sonra funt-sterlinq dünya valyutaları qarşısında müəyyən qədər dəyər itirir.

XS
SM
MD
LG