Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:37

'Funtun dəyər itirməsinin Neft Fonduna dəxli yoxdur'


►Azərbaycanın Dövlət Neft Fondu açıqlama yaydı

Azərbaycanın Dövlət Neft Fondu (DNF) Britaniya funt sterlinqinin bu gün – iyunun 24-də 10 faizədək dəyər itirməsinin fondun ehtiyatlarını «əriməsi» barədə iqtisadçı ekspertlərin rəylərinə münasibət bildirib.

Nə zərər, nə də mənfəət...

Açıqlamada deyilir ki, valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən doğan fərq onun valyuta portfelində nə zərər, nə də mənfəət mənbəyidir. Bu dəyişikliklər gəlirliliyin hesablanmasında da nəzərə alınmır, çünki DNF-in valyuta portfeli müxtəlif valyutalar üzrə şaxələndirilib. Başqa sözlə, bir valyutada olan itki (məzənnənin aşağı düşməsi) digər valyutadakı artımla tarazlaşdırılır.

Ekspertlər iyunun 24-də DNF-in 468,2 milyon ABŞ dolları dəyərində itkiyə məruz qaldığını söyləmişdilər.

«DNF-in istər maliyyə alətləri, istərsə...»

Rəsmi məlumatda deyilir ki, «DNF-in istər maliyyə alətləri, istərsə valyutalar üzrə yüksək diversifikasiyası onun indiki investisiya portfelinin qorunmasına şərait yaradır».

DNF-in investisiya portfelinin 50 faizi ABŞ dolları, 35 faizi avro və 5 faizi ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə yerləşdirilib. Portfelin qalan 10 faizlik bölümü «Böyük Yeddi»lərə və Avropa Valyuta Birliyinə daxil ölkələrin, Rusiya və Türkiyənin, eləcə də uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik ölkələrin valyutalarında ifadə edilən aktivlərə yerləşdirilə bilər.

Buna da bax: Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"

Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsib
Ermənistanla Rusiya razılaşıb

____________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir
XS
SM
MD
LG