Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:38

Neftdən qıraq nələr var?


Bazar
Bazar

"Azərbaycanın bu il xaricə ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28% artıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

"Gələcəkdə də qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracında artım gözlənilir. ", - deyə S.Həsənova vurğulayıb.

Azərbaycanın qeyri-neft sektorunu necə inkişaf etdirməli? Bu sektorun hansı sahələrinin potensialı böyükdür və bundan hələ tam gücü ilə istifadə olunmur?

SÖHBƏT HƏM DƏ İNSAN POTENSİALINDAN GETMƏLİDİR

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, əgər söhbət qeyri-neft sektorunun inkişafından gedirsə, olk növbədə kənd təsərrüfatı sektoru inkişaf etdirilməlidir:

Azər Mehtiyev
Azər Mehtiyev

“Neft sektorunun inkişafından danışanda təbii ki, söhbət yalnız ölkənin təbii iqlim potensialından deyil, o cümlədən insan potensialından getməlidir. Bu gün Azərbaycanda qeyri-neft sektorunda ilk növbədə inkişaf etdirilməli olan sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalına yönəlik sənaye sahələridir. Bu çox önəmlidir. Yəni biz kənd təəsərrüfatı məhsullarının emalına yönəlik sənaye sahələrini inkişaf etdirməyəcəyiksə, onda öz-özlüyündə kən təsərrüfatının xammal sahəsi kimi inkişaf etdirilməsi o qədər də böyük uğur gətirməyəcək. Özü də kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək lazımdır. Söhbət yalnız ənənəvi tütünçülük, pambıqçılıq və ya üzümçülükdən getmir. Bu sahəni Azərbaycan üçün daha önəmli edə biləcək meyvəçilik sahəsinə diqqətin artırılması lazımdır. Azərbaycan bu sahədə dünya bazarında ciddi rol oynaya bilər.

Və yaxud bal istehsalı sahəsinin təşkili Azərbaycanın dünya bazarına çıxması üçün çox böyük imkanlar yarada bilər. Nədənsə hökumət yalnız üzümçülük, pambıqçılıq və ya tütünçülük sahəsinə üstünlük verir. Ancaq bu cür perspektivli sahələri də diqqətdə saxlamaq lazımdır. Bundan başqa Azərbaycan pzünün turizm potensialından istifadə edə bilər. Ancaq indiki halda Azərbaycan diqqəti ilk növbədə təhsilin yaxşılaşdırılması yolu ilə məhz gələcəyə yönəlik innovasiya, bazar və yüksək texnologiyalar inkişafına diqqəti yönəltməlidir. İndiki halda biz bu sahədə yüksək potensiala malik deyilik. Ancaq hökumət davamlı bir siyasət yeridərsə Azərbaycan bu sahədə ciddi irəliləyişlərə nail ola bilər”.

PAFOSLU PROQRAMLARDANSA...

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə ənənəvi sahələrlə yanaşı tranzit səhəsini də inkişaf etdirməyi məsləhət görür:

Natiq Cəfərli
Natiq Cəfərli

“Azərbaycanda ənənəvi sahələrin inkişaf etdirilməsi daha tez və daha sürətlə həyata keçirilə bilər. Hökumət nədənsə yeni sahələrin axtarışını həyata keçirməkdənsə, müəyyən pafoslu proqramlar qəbul etməkdənsə, ənənəvi sahələrin inkişafına diqqət etməlidir. Və yaxud da bu sahədə çox ciddi iş görülmür. Ənənəvi sahələr dedikdə aqrar sənaye sahəsində Azərbaycanın gələcəyi üçün potensialı var. Sadəcə bunun inkişaf etdirilməsi üçün çox böyük işlər görülməlidir və yeni təşfiq proqramları qəbul olunmalıdır. İkinci sahə neft-kimya sahəsidir. Xam neftin ixracatını deyil, neft məhsullarının ixracatına önəm vermək. Bununla bağlı Azərbaycanın tarixi yaddaşı, təcrübəsi var. Neftin xam neft şəkildə satılmasındansa, neft məhsulu şəklində satılması ölkəyə daha çox gəlir gətirə bilər. Bu iki sahə əslində Azərbaycan üçün çox perspektivli sahələrdir.

Natiq Cəfərli: "pafoslu proqramlardansa..."
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00
Direct-ə keçid

İşlər doğru düzgün qurulsa və müxtəlif əngəllər aradan qalxsa Azərbaycan bir tranzit mərkəzə də çevrilə bilər. Nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilə bilər. Bununla bağlı müəyyən işlər görülür, ancaq işlər sürətlənməli və Azərbaycan özü cəlbedici bir məkana çevrilməlidir ki, alternativ yollardan deyil, məhz Azərbaycan üzərindən keçən yollardan yüklərin daşınmasına üstünlük verilsin. Tez və keyfiyyətli və müəyyən dərəcədə bunun nəticəsini görmək üçün bu sahələrdə çox ciddi addımlar atılmasına ehtiyac var və perspektivləri də var ki, Azərbaycan qeyri neft sektorunun məhz bu sahələrini inkişaf etdirsin”.

MÜSTƏQİL MƏHKƏMƏ

İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, hökumətin hazırladığı yol xəritəsində qeyri-neft sektorunun inkişaf üçün maraqlı istiqamətlər var. Amma əvvəlcə bəzi problemlər həll edilməlidir:

Rəşad Həsənov
Rəşad Həsənov

“Bizim apardığımız dəyərləndirmələrə görə məlum olub ki, Azərbaycanda kənd təsərrüfatı sektoru, yüngül və yeyinti sənayesi, ağır sənaye və turizm sektoru digər sahələrlə müqayisədə üstünlüyə malikdir. Yəni bunların həm ixrac potensialı baxımından, həmçinin xammal təminatı baxımından o cümlədən ənənəvi inkişaf yolu baxımından müqayisəli üstünlüyə malikdir.

Ümumiyyətlə son dövrlər götürəndə hökumətin hazırladığı islahat yol xəritəsində də təxminən bu istiqamətlər üzərində fikirlər formalaşıb. Düşünürəm ki, Azərbaycanda gələcəkdə əsasən qeyri-neft sektorunun inkişaf yolu bu sahələr üzrə olacaq. Burda problemlər ondan ibarətdir ki, hər bir sahəyə aid problemlər mövcuddur. Burda deyək ki, fundamental problemlər var və eyni zamanda bir çox hallar subyektiv problemlər də ortaya çıxır. Yəni götürəndə dərin problemlər var.

Fundamental problemlərə gəldikdə məmur müdaxilələrinin aradan qaldırılması, azad məhkəmə sisteminin formalaşmasına ehtiyac var. Burda yaxşı olardı ki, Azərbaycanın məhkəmə sitemindən kənar beynəlxalq məhkəmə qurulsun. Bunun tərkibi də beynəlxalq heyət olsun ki, burda xarici investorların inamı təmin olunsun”.

XS
SM
MD
LG