Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:37

Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb


►Medianı susdurmaq indi daha çətindir

1960-cı ildən bəri Türkiyə ordusu düz 3 dəfə hakimiyyəti ələ keçirib, 1997-ci ildə isə daha bir hökuməti kənarlaşdırıb. Bəs sonuncu çevriliş cəhdi niyə məramına yetişmədi?

RFE/RL-in regional direktoru, "Türkiyə dəftəri" bloqunun müəllifi Abbas Djavadi bunun 5 səbəbini göstərir.

İctimai dəstəyin olmaması

Öncəki üç çevriliş zamanı əhali vətəndaş qarşıdurması və zorakılıq dönəmindən sonra “sülh və əmin-amanlıq” istəyirdi. Bu dəfə çevriliş edənlər bu dəstəyi ala bilmədi, onları çox az adam alqışladı. Faktiki olaraq, Prezident Recep Tayyp Erdogan-ın dramatik çağırışına daha böyük kütlə cavab verdi, küçələrə çıxıb çevrilişə etirazını bildirdi.

Görünən odur ki, bu dəfə çevrilişi dünyəviçilər etmədi

Türkiyə ordusu özünü ölkənin dünyəvi konstitusiyasının qoruyucusu hesab edib. Bu dəfə hakimiyyət çevriliş cəhdinə görə dünyəviçiləri deyil, ABŞ-da yaşayan Erdogan tənqidçisi, ilahiyyatçı Fethullah Gulen-i suçladı, halbuki o, həmin cəhdin arxasında durmadığını bildirir. İki böyük müxalifət partiyası da hökuməti aydın şəkildə dəstəklədi, dedi ki, ötən hərbi çevrilişlərin acı təcrübəsi bir daha yaşanmamalıdır.

Polis və qiyamçılar əks qütblərdə durdular

Öncəki çevrilişlərdə ordu hakimiyyəti ələ alandan sonra polis də onu dəstəkləyib. Bu gün isə polis hökumətlə sıx işləyir. Polis zabitləri ordu daxilində çevrilişi planlamış qrupun izinə düşüb, minlərlə şübhəli qiyamçı əsgər və zabiti saxlayıb.

Qiyamçılar ordunun kiçik bir hissəsidir

Hökumət və müxalifət qiyamçıların ordunun maksimum 10-20 faizini təşkil etdiyini bildirir. Keçmişdə isə ordu bütövlükdə işə qarışırdı.

Bu günlər medianı susdurmaq daha çətindir

Öncəki çevrilişlərdə qiyamçılar dövlət televiziya və radiosunu ələ keçirərək, onların yayımını dayandırırdı. Amma bu dəfə belə olmadı, xəbərlər özəl TV kanalları, əsasən də CNN Turk, eləcə də Twitter və WhatsApp kimi sosial şəbəkələr vasitəsilə yayıldı və dirəniş səslərinin platformasına çevrildi.

Buna da bax: Kürdyönümlü partiyanın lideri Demirtaş çevriliş cəhdini pisləyir

Kürdyönümlü partiyanın lideri çevriliş cəhdini pisləyir
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

XS
SM
MD
LG