Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:37

Xədicə İsmayıl prokurorluqdan kompensasiya tələb edir


Xədicə İsmayıl
Xədicə İsmayıl

►Prosesə 3-cü şəxs qismində Maliyyə Nazirliyi də cəlb olunub

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl CM-in bəraət aldığı 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə qanunsuz həbsdə saxlanıldığı müddətə görə prokurorluqdan kompensasiya istəyir.

Jurnalist bu ittihamı ona verən Bakı şəhər prokurorluğuna qarşı iddia ərizəsilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Maliyyə Nazirliyi də üçüncü şəxs qismində prosesə cəlb olunub.

İddiaya hakim Azər Tağıyevin sədrliyilə baxılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin olunub.

İddia ərizəsində yazılıb ki...

Xədicə İsmayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb.

Buna da bax: AzadlıqRadiosu Bakı bürosunun yenidən açılmasını tələb edir

"CM-in 125-ci maddəsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət verməsi Xədicə İsmayılın 5 dekabr 2014-ci ildən 6 mart 2015-ci ilədək, yəni 91 gün qanunsuz həbsdə qalmasını təsdiqləyir. Beləliklə, Xədicə İsmayıl hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi məbləğlər, həbsdə olduğu müddətdə işləyə bilmədiyindən əldən çıxmış gəliri, həbsdəki müddətdə çəkilən digər xərclər, eləcə də ona dəymiş maddi və mənəvi zərərə görə pul kompensasiyası almaq hüququna malikdir", - iddia ərizəsində belə yazılıb.

29 min 30 manat kompensasiya...

Jurnalist bu 91 gündə ona dəymiş maddi ziyanı 9 min 30 manat məbləğində hesablayıb. Üç ay qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş mənəvi ziyanı isə 20 min manat həcmində dəyərləndirib: Məhkəmədən "İbtidai istintaq orqanının (Bakı şəhər prokurorluğunun) qanunsuz hərəkəti nəticəsində Xədicə İsmayılın 91 gün qanunsuz həbsdə saxlanmasına görə, ona cəmi 29 min 30 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” barədə qətnamə qəbul etmək istənir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Xədicə İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Buna da bax: Hakim Xədicə İsmayıl barədə qərarı dəyişmədi

Hakim Xədicə İsmayıl barədə qərarı dəyişmədi
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

XS
SM
MD
LG