Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:41

Taxtdan könüllü imtina etmək mədəniyyəti


Yapon imperatoru Akihito
Yapon imperatoru Akihito

-

Taxtdan könüllü imtina etmək mədəniyyəti

Yaponya imperatoru Akihito, bu gün televiziya ilə çıxışında taxtdan könüllü imtina etmək niyyətində olduğunu

Yapon imperatoru Akihito taxtdan könüllü imtina etdiyini televiziya vasitəsilə xalqa elan edir.
Yapon imperatoru Akihito taxtdan könüllü imtina etdiyini televiziya vasitəsilə xalqa elan edir.

bəyan edib. 82 yaşlı imperator yerini oğlu Naruhitoya verəcək. O yaşı və xəstəliyi ilə əlaqədar üzərinə qoyulan vəzifələrin öhdəsindən tam gələ bilmədiyini bildirib. Beləliklə, hakimiyyətdən könlüllü imtina etmiş monarxları və tarixin onlara necə yanaşdığını xatırlayaq.

Mariya Stüart

Mariya Stüart taxtını könüllü tərk etmiş ən tanınmış tarixi şəxsiyyətlərdəndir. Şotlandiyanın kraliçası olan bu hökmdar qadın bəzən ağlasığmaz addımlar atırdı. Məsəlçün, əri Lord Darnleyin vəfatından az sonra özünə təzə ər tapır. Yeni evlilik bütün şotland əsilzadələrini ona qarşı qaldırır. Hamı Mariyanı yeni

Şotlandiya kraliçası Mariya Stüart
Şotlandiya kraliçası Mariya Stüart

əri ilə əlbir olub keçmiş ərini qətlə yetirməkdə şübhəli bilir. Nəticədə xanım Stüart qiyam qaldırmış lordlar tərəfindən ələ keçirilərək həbsə atılır, orda o zorla hakimiyyəti oğlu VI Jamesin xeyirinə tərk etməyə məcbur edilir. Daim cürbəcür avantüralara əl atan Mariya Stüart axırda Foteringate qəsrində ögey bacısı I Yelizavetanın əmri ilə boynu vurulur.

Buna da bax: "Güllələnən çar ailəsinin qalıqları - DNT analizi nə deyir?"

II Nikolay

Sonuncu rus çarı II Nikolayın taxt-tacdan imtina etməsindən sonra çəkilmiş ən sonuncu şəkli. 1917-ci il.
Sonuncu rus çarı II Nikolayın taxt-tacdan imtina etməsindən sonra çəkilmiş ən sonuncu şəkli. 1917-ci il.

II Nikolayın taxtdan könüllü çəkilməsi rus tarixçiləri üçün hələ də mübahisəlidir. Onun taxtdan çəkilməsi öz istəyilə baş tutmuşdu, yoxsa kiminsə təziyi ilə, bu imtina qanuni idi, yoxsa yox – bütün bu suallar hələ də rus tarixçilərini düşündürür. Ancaq fakt faktlığında qalır. 1917-ci ilin 15 martında ordusu tərəfindən etimad göstərilməmiş II Nikolay taxtdan qardaşı Mixayılın xeyrinə əl çəkdiyini təsdiqləyən manifest imzalayır.

“İş o yerdədir ki, Rusiyanın xilası və orduların cəbhədə sakitlik içində saxlanılması üçün bu addımı atmalıyam. Mən razılaşdım. İstefa qərarıml vermək üçün mənə manifestlayihəsi yollanıldı. Gecə Petroqraddan Quçkov və Şulqin gəldi, mən imzaladığım manifesti onlara verdim. Gecə saat birdə ağır təəssüratlarla Pskova yollandım. Hər yanımı xəyanət və qorxaqlıq və yalan bürüyüb”, – deyə sonralar o gündəliyində yazırdı.

Yeri gəlmişkən Nikolayın hakimiyyəti ötürdüyü böyük knyaz Mixayil də öz növbəsində taxtdan imtina edib və xalqı Keçid hökümətinə tabe olmağa çağırıb. 300 il hakimiyyət başında olmuş Romanovlar sülaləsi tamam müqavimətsiz dağılıb getdi, II Nikolay isə ailəsi il birlikdə həbs olundu. Onun həbsi bütün ailəsinin iyunun 16-dan 17-nə keçən gecə güllələnməsi ilə başa çatdı. Güllələnmə İpatyevin Yekatrinburqdakı evində gerçəkləşib.

Buna da bax: "Dünya tarixində ən çox can alan kütləvi qətli heç kim xatırlamır"

VIII Edvard

Britaniya kralı VIII Edvard insanlıq tarixində sevginin taxt-tacdan daha dəyərli olmasını sübut edən bir nümunə kimi qalacaq. Belə ki, Kral uzun müddət düşünüb daşındıqdan sonra Böyük Britaniya krallığını sevgilisi Wallis Simpsonla evliliyə dəyişir. 1936-cı ildə baş verən bu hadisə dünyanı şoka salır, Wallis Simpson isə həmin ildə “Time” dərgisinin sorğusuna görə “İlin adamı” seçilir.

Keçmiş kral Edvard və onun arvadı Wallis Simpson 1936-cı ildə Yuqoslaviyada istirahətdəykən.
Keçmiş kral Edvard və onun arvadı Wallis Simpson 1936-cı ildə Yuqoslaviyada istirahətdəykən.

Məsələ ondadır ki, Wallis əvvəl evli olmuşdu, İngilis kilsəsinin qaydalarına görə isə Kral əvvəl evlənmiş qadınla nigaha girə bilməz. Ancaq VIII Edvard bu qadağanı vecinə almayıb, ona təklif olunan cürbəcür güzəşt variantı arasından ancaq və ancaq Simpsonla evlənməyi seçir. Bununla da o yenicə hakimiyyətə gəlib, çox keçmədən də hakimiyyətdən uzaqlaşır. Bundan sonra qaydalara görə Böyük Britaniya Kralı VI Georq olur ki, indiyə qədər də onun qızı II Yelizaveta taxtdadır.

“Mən hakimiyyətin ağır cavabdehliyinin və kral vəzifəsinin öhdəsindən sevdiyim qadının dəstəyi olmadan gələ bilməyəcəyimi anladım” – deyə VIII Edvard radio ilə çıxışında krallıqdan imtinasını belə əsaslandırıb. Edvardla Wallis bu hadisədən sonra düz 35 il xoşbəxt ailə həyatı yaşayırlar.

Səud ibn Əbdül-Əziz

Hakimiyyətdən könüllü uzaqlaşmış Səudiyyə kralı Səud ibn Ədüləziz
Hakimiyyətdən könüllü uzaqlaşmış Səudiyyə kralı Səud ibn Ədüləziz

Şərq ölkələrində “taxtdan əl çəkmə” adətən dövlət çevrilişi vaxtları baş verir, özü də qəddarlıqla müşayət olunur. Ancaq bunun əksi Səudiyyə Ərəbistan kralı Səud ibn Əbdül-Əzizin başına gəlib. Səudiyyənin sosial təsisatarının qurulmasında böyük rol oynayan Əbdül-Əzizin fəaliyyəti bir nöqtədə qardaşının xoşuna gəlmir. Beləliklə o qardaşı Feysəllə aralarında olan uzun münaqişələrdən sonra 1964-cü ildə taxt-tacı tərk edir. Bundan sonra o həyatının qalan hissəsini əvvəl Cenevrədə, sonra isə Yunanıstandan yaşayır.

Şahzadə Sayako

Yapon imperatorunun qızı Sayako və onun əri Yoshiki Kurado.
Yapon imperatorunun qızı Sayako və onun əri Yoshiki Kurado.

Artıq yuxarıda adı çəkilən Yapon imperatoru Akihitonun yeganə qızı Sayako atasından bir az əvvəl özü taxtdan imtina edib. Atası çox çalışsa da onu imperator qanı daşıyan birinə ərə verə bilmir. Sayako 2005-ci ildə Yaponiya metrosunun işçisinə ərə gedir, atasıAkihito isə Yaponiyanın dövlət qanunlarının tələbinə uyğun olaraq qızını imperator ailəsi üçün verilmiş bütün imtiyazlardan məhrum edir və İmperator Evindən uzaqlaşdırır. Sayako sadə xalqdan biri ilə evləndiyi üçün şahzadə titulunu həmişəlik itirir.

XS
SM
MD
LG