Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:57

Ruslar Erdoğan haqqında: Barışmaq olar, inanmaq yox...


Rusiya rəsmiləri və politoloqları Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Vladimir Putinlə yüksək səviyyədə görüşünün ardınca geniş və qızğın debatlara başlayıblar.

BBC-nin Rus xidməti onlardan bəzilərinin fikrini öyrənib.

Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Frants Klintseviç deyib ki, onun Erdoğana münasibəti dəyişməyib.

“Erdoğan başa düşür ki, onun ətrafında yaranmış vəziyyətdə onun üçün Rusiya ilə münasibətlər sərfəli və etibarlıdır. O bütün bunları nəzərə alıb. Bizim rəhbərliyimiz də düzgün iş görür. Bərbad sülh yaxşı müharibədən yaxşıdır” – deyib siyasətçi.

Rusiya öz maraqlarından çıxış edəcək. Sərxoş Yeltsinin Clinton-u dost adlandırdığı vaxtlar keçib

Dövlət Duması beynəlxalq işlər komitəsinin sədr müavini Leonid Kalaşnikov deyib:

“Əlbəttə, Erdoğan dəyişməyib. Ona etibar sual altındadır. Bu dostluq deyil, heç isti münasibətlər də deyil. Putin bunu yaxşı başa düşür”.

Siyasətçi bildirib ki, onun Erdoğana münasibəti dəyişməyib, çünki onu Rusiya tərəfə şərait itələyib:

“Amerika və Avropa Türkiyəyə ehtiyatla yanaşırlar. Onları başa düşürəm...Lakin Rusiya öz maraqlarından çıxış edəcək. Sərxoş Yeltsinin Clinton-u dost adlandırdığı vaxtlar keçib”.

“Türkiyəyə getmirəm, təyyarəni bağışlamıram...”

Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, politoloq İqor Korotçenko Türkiyənin barışıq üçün bütün şərtləri yerinə yetirdiyini desə də əlavə edib:

“Mənim şəxsi mövqeyim belədir ki, Erdoğana inanmaq olmaz. O şərq siyasətçisidir və öz maraqlarından çıxış edir. Əgər bizə nəsə sərfələdirsə, birlikdə işləməliyik. Bizə nə sərf edir? Silahlar keçməsin deyə Suriya-Türkiyə sərhəsdinin bağlanması, Türkiyənin İŞİD-lə mübarizəyə başlaması və Suriya prezidenti Əsədin legitimliyini tanıması. Onunla qol-boyun olmağa ehtiyac yoxdur. Bizim mövqeyimiz maksimum praqmatik olmalıdır”.

Əlbəttə, Erdoğan dəyişməyib. Ona etibar sual altındadır. Bu dostluq deyil, heç isti münasibətlər də deyil. Putin bunu yaxşı başa düşür

BBC-nin Rus xidməti Salexard şəhər dumasının deputatı Roman Arefyevin də fikrini öyrənib:

“Mənim münasibətim dəyişməyib. Türkiyəyə getməyi tövsiyə etməzdim. Təhlükəlidir. Amma münasibətlərin normasllaşması məni sevindirir. Necə olursa-olsun yaxşısını rəhbərlik bilir. Orda hələ iqtisadi məsələlər də var. Amma özümə qalanda, Türkiyəyə səfər etməyəcəyəm və təyyarəmizin vurulmasını bağışlamayacağam”.

NATO-ya təfriqə salmaq imkanı

“Moskovski Komsomolets” qəzetinin icmalçısı Mixail Rostovski yazır ki, Moskva ilə Ankaranın uzunmüddətli strateji alyansına inanmır.

Neçə illərdən sonra ilk dəfədir ki, Rusiyanın əlinə NATO blokunun özəyinə təfriqə salmaq imkanı düşüb

“Biz çox fərqliyik, bizim müxtəlif yaşayış mühitimiz, müxtəlif tarixi ənənələrimiz və xasiyyətlərimiz var” – yazır Rostovski.

Lakin icmalçının fikrincə istər Türkiyə, istərsə də Rusiya Qərbi belə bir ittifaqın yaranma təhlükəsi ilə qorxuda bilərlər:

“Neçə illərdən sonra ilk dəfədir ki, Rusiyanın əlinə NATO blokunun özəyinə təfriqə salmaq imkanı düşüb. Türkiyə Şimali Atlantika alyansının çox mühüm üzvüdür, Qara dəniz “açarları” onun əlindədir. Ankara və Vaşinqtonun yadlaşması NATO-nu Rusiya üçün bu çox mühüm regionda manevrdən məhrum edir”.

Bununla belə, təhlilçi Türkiyənin Qərbə tam arxa çevirəcəyinə də inanmır. Amma bunlara baxmayaraq Mixail Rostovski yazır:

“İndiki Türkiyə üç ay bundan əvvəlki Türkiyə deyil. Türkiyə özünün siyasi təsisatları sahəsində geriyə doğru nəhəng addım atıb. Bu isə Qərbə onunla əvvəlki münasibətləri qurmaq imkanı verməyəcək”.

XS
SM
MD
LG