Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:28

"Forbes"ə görə bu ilin ən çox qazanan yazıçıları


James Patterson.
James Patterson.

-

“Forbes” jurnalı 2016-cı ildə ən çox qazanan yazıçıların siyahısını açıqlayıb. Siyahılya həyəcan dolu detektiv romanlar yazan James Patterson başçılıq edib. Onun bu ilki nə az nə çox 95 milyon dollardır. Özü də yazıçı heç də bütün qazancını kitablarının çapından götürməyib, belə ki, bu il onun əsas qazanc mənbəyi romanı əsasında çəkilmiş ABŞ-ın nüfuzlu CBC kanalında yayımlanan "Zoopark" adlı trillerdən olub.

Pattersondan sonra siyahıdakı ikinci yeri 19,5 milyon dollar qazancla Jeff Kinney tutub. Jeff Kinneyin əsas gəliri uşaqlar üçün yazdığı kitab seriyası olub. Kinney "Forbes"ə deyir ki, "Wimpy Kidin gündəlikləri şəklində yazdığım kitabı yuxarı yaş qrupu üçün komiks ədəbiyyatı hesab edirdim, ancaq naşirim mənə dedi ki, yazdıqlarım uşaq ədəbiyyatı seriyasıdır. Deməli, uşaqların səviyyəsində yazmağa çalışmasan, uşaqlar tərəfindən sevilmək şansın daha çox olar.

Buna da bax: "Harry Potter" seriyasından yeni kitab da bestseller olub"

Sonrakı yerdə əfsanəvi "Harry Potter" seriyasının müəllifi J. K. Rowling qərarlaşıb. Onun bestseller kitabın və çox baxılan "Harry Potter" filminin müəlliflik haqqlarından qazandığı ümumilikdə 19 milyon dollar olub.

Tam siyahı aşağıdakı kimidir.

1- James Patterson $95m

2- Jeff Kinney $19.5m

3- JK Rowling $19m

4- John Grisham $18m

5- Stephen King $15m

6- Danielle Steel $15m

7- Nora Roberts $15m

8- EL James $14m

9- Veronica Roth $10m

10- John Green $10m

11- Paula Hawkins $10m

12- George RR Martin $9.5m

13- Dan Brown $9.5m

XS
SM
MD
LG