Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:44

Avstriyanın tanınmış heykəltaraşı, azərbaycanlı Bəhruz kimdir? [müsahibə]


Avstriyada yaşayan azərbaycanlı heykəltaraş Bəhruz Həşmət.
Avstriyada yaşayan azərbaycanlı heykəltaraş Bəhruz Həşmət.

-

Bəhruz Həşmət 1953-ci ildə İran Azərbaycanının mərkəzi Təbrizdə doğulub. Hələ İranda Pəhləvilər dövründə yaratdığı əsərlərinə görə təqiblərə məruz qalıb. Nəticədə 1976-cı ildə İranı tərk edib və düz 40 ildir ki, Avstriyanın paytaxrı Vyanada yaşayır. Vyananın hər tərəfində Bəhruz Həşmətin heykəlləri var. O gördüyü işlərinə görə Avstriya dövləti tərəfindən fəxri vətəndaş ünvanı alıb. Uzun zamandır ölkəsindən kənarda qalmağına baxmayara Bəhruz Həşmət azərbaycan dilini unutmayıb və Azərbaycanlı olmasıyla fəxr etdiyini deyir. Bəhruz Həşmətin Oxu Zalına müsahibəsini təqdim edirik.

- Bəhruz bəy, bildiyim qədəriylə Təbrizdə doğulubsunuz, bəs İranı nə vaxtdan tərk etdiniz, tərk etmə səbəbiniz nə oldu?

- Mən 1953-cü ildə Təbrizdə dünyaya gəlmişəm. 1976-cı ildə Təbrizdən çıxmışam, təqribən 40 ildir İrandan kənarda yaşayıram. Mən İrandaykən heykəltaraş kimi çalışırdım. O vaxt bir Aşıq heykəli düzəltdim, bu heykəl Təbrizin mərkəzi parklarından birində qoyuldu. O zaman da hakimiyyət başında Pəhləvilər idi. Pəhləvilərin aşıqdan, sazdan, azərbaycan

Bəhruz Həşmətin Təbrizdə, 1975-ci ildə qoyulmuş aşıq heykəli.
Bəhruz Həşmətin Təbrizdə, 1975-ci ildə qoyulmuş aşıq heykəli.

mentalitetinə aid olan hər şeydən zəhləsi gedirdi. O vaxt Təbrizdə, Azərbaycanlıların yaşadığı bölgədə belə dik duruşlu aşıq heykəlinin qoyulması ağlasığmaz bir şey idi. Heykəl cəmi iki ay yerində qaldı, iki aydan sonra onu gecəynən yerindən götürdülər. Ondan mən artıq İrandan çıxmışdım. Ancaq on il bundan əvvəl İran höküməti həmin heykəli Təbrizdə başqa bir parkda qoyub.

- Bəs İrandan çıxandan sonra başınıza nələr gəldi, hara getdiniz?

- İrandan çıxandan sonra birbaşa Avstriyanın paytaxtı Vyanaya yollandım və indiyə qədər də burda yaşayıram. Bura gəlişimdən 3 ay sonra Vyana İncəsənət və Memarlıq Univerisitetinə daxil oldum, heykəltaraşlıq oxumağa başladım. Ondan bəri də dayanmadan Avstriyada heykəllər düzəltməyə davam edirəm.

Buna da bax: "Azərbaycan rəssamı Vatikandan qraf titulu aldı"

- Sizin əsərlərinizə tamaşa edərkən daha çox diqqət çəkən əsərləriniz “ağac üzərində ev” kompoziyisasıdır. Demək olar, yüzlərcə eyni formada əsəriniz var. “Ağac üzərində evi” mənalandırmağa çalışdım, bunu bir növ qürbətdə olan insanın evi kimi başa düşmək olar. Bəs siz onu necə izah edərsiniz?

- İnsanlar qədim zamanda vəhşi heyvanların qorxusunda ağacların üstündə yaşarmış. Uzun bir dönəmdə insanın yaşadığı ev, suyun, torpağın və

Bəhruz Həşmət "ağac üzərində ev" sərgisində.
Bəhruz Həşmət "ağac üzərində ev" sərgisində.

yanındakı ağacın yanında olub, bu üç şey insanın ünvanı olub. Əgər evlərə baxsanız görərsiniz ki, hər bir evin özünə görə bir şəxsiyyəti var, bir siması var. Evə baxanda orda kimin yaşadığını anlamaq olur. Mənim düzəltdiyim evlər də bu konsepsiyadan yola çıxaraq hazırlanıb. Tutaq ki, bir ev düzəltmişəm ki, yanıbdır. Yanıq ev bu deməkdir ki, bu bədbəxtlikdir, çünki heç kəs istəməz ki, evi yansın.

Bəhruz Həşmətin öz səsindən şeirləri ilə müşayət olunan əsərlərinin nümayişi.

- İnternetdə sizin çəkildiyiniz bütün videolarda farsca danışırsınız, bəs maraqlıdır siz özünüzü təqdim edəndə Azərbaycan mədəniyyətininmi bir parçası adlandırırsınız, yoxsa dünya mədəniyyətininmi?

Lap uşaq yaşımızdan təəssüf ki, dilimiz oğurlanıb, bizi farsca oxumağa məcbur ediblər.

- Mən İran azərbaycanlısıyam, Təbrizdə dünyaya gəlmişəm, əlbəttə Azərbaycanlı olmağımla həmişə fəxr etmişəm. Digər tərəfdən lap uşaq yaşımızdan təəssüf ki, dilimiz oğurlanıb, bizi farsca oxumağa məcbur ediblər. O vaxtdan indiyə kimi bizim ana dilimizdə oxumaq, danışmaq şansımız olmayıb. Türkcə ədəbiyyatımızı yarada bilməmişik.

- Belə başa düşdüm ki, heykəltaraşlıqdan əlavə şeirlər də yazırsınız. Şeirləriniz əsasən nədən bəhs edir?

- Şeir yazmaqla heykəl düzəltmək bir işdir. Əsas məsələ içindən gələn hissləri təsvir etməkdir, fərqi yoxdur kəlimələrlə kağızamı tökürsən ya dəmirdən, ağacdan düzəldiyin bir obrazlamı ifadə edirsən. Bu həm insanın ehtiyacıdır,

Bəhruz Həşmət emalatxanasında.
Bəhruz Həşmət emalatxanasında.

həm də bir haqqıdır ki, öz içindəkini ifadə edə bilsin. Şeirlərimdə çox şeylərdən bəhs edirəm, əlbəttə mütləq yaşadıqlarımız da var, necə ola bilər insan 40 il öz evindən, vətənindən, əzizlərindən ayrı düşə ancaq bu onun yaradıcılığına təsir etməyə. Əlbəttə xatirələrin, arzularım, keçmişdən qalan təəssüratlarım var işlərimin içində. Mən gündüzlər dəmirlə işləyirəm, heykəllər, fiqurlar düzəldirəm, gecələr isə masamın axasında oturub şeir yazıram.

Buna da bax: "M. Ənsari: Azərbaycan müğənnisi Tehranda konsert verə bilir, Təbrizdə yox"

- Sizin heykəlləriniz arasında qolları, ayaqları qandallanmış, ağzı, qulağı qıfıllanmış insan fiqurları var. Bununla yəqin ki, azadlığın qısıtlanmasına işarə vurursunuz. Ümumiyyətlə azadlıq sizin üçün nədir?

İnsan anasının qarnından azad olunur doğularkən ki, ölüb qəbirə gedənə qədər azad yaşasın.

- Azadlığın qısıtlanması bir yaradıcı adamın ən böyük iztirabıdır. İnsan anasının qarnından azad olunur doğularkən ki, ölüb qəbirə gedənə qədər

Bəhruz Həşmətin İranda insan hüquqlarının pozulmasına qarşı yaratdığı dünyaca məşhur əsər.
Bəhruz Həşmətin İranda insan hüquqlarının pozulmasına qarşı yaratdığı dünyaca məşhur əsər.

azad yaşasın. Azadlığın qısıtlanmasına həsr etdiyim heykəllərimi İranda Şah dönəmində yaşadığım vaxt yaratmışam. O vaxt Şah höküməti olduqca böyük repressiyalar həyata keçirdir, insanları qorxu içində saxlayırdı. Mənim ağzında qıfıl olan heykəlim o deməkdir ki, o bir insandır ki, danışmaq istəmir, başqa bir heykəliminsə başında qıfır var, o da dünyanı görmək istəmir. Bir heykəlim də var ki, insanın başını məngənədə sıxılar. Bütün bunlarla mən o zamankı İrandakı vəziyyəti göstərmək istəyirdim.

- Maraqlıdır siz azərbaycanlısınız, bəs Azərbaycan Respublikası ilə münasibətləriniz, əlaqələriniz varmı. Azərbaycan höküməti, azərbaycan rəssamları ilə münasibətləriniz olubmu?

- Mən dünyanın hər yerində simpozyumlarda, sərgilərdə iştirak etmişim, həmçinin bir dəfə də Azərbaycanda olmuşam. Bakıda bir simpoziumda iştirak

Vyana küçələrində Bəhruz Həşmətin heykəlləri.
Vyana küçələrində Bəhruz Həşmətin heykəlləri.

etdim, sonra Rəssamlar İttifaqının nəzdində keçirilən sərgidə iştirak etdim, ordan çox xoş təəssüratlarla qayıtdım. Azərbaycanlı rəssamlardan gənclər tez-tez Avropaya gəlir, əvvəllər Azərbaycan səfirliyində onlarla görüşərdim, amma elə çox əlaqələrim olduğunu deyə bilərəm. Ancaq deyim ki, bir dəfə də Vyanada Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevlə görüşümüz baş tutdu.

- Maraqlıdır necə olmuşdu bu?

- Azərbaycan yeni müstəqil olmuşdu, Heydər Əliyev Avstriyaya səfərə

O vaxt Heydər Əliyevə Azərbaycanın müstəqil olması ilə bağlı təbriklərimi çatdırmışdım.

gəlmişdi, orda yaradıcı adamlarla görüşərkən mən də dəvət olunmuşdum. Mən onda Heydər Əliyevə bir heykəlimi hədiyyə etdim. Bu heykəl dəmirdən bir divar idi ki, ortasından bir qapı açılırdı. Heykəl 70 il Sovet İttifaqının əsarəti altında yaşayan Azərbaycanın azad olunmasını simvolizə edirdi. O vaxt Heydər Əliyevə Azərbaycanın müstəqil olması ilə bağlı təbriklərimi çatdırmışdım. Yanılmıramsa həmin heykəl indi Bakıda “Heydər Əliyev” muzeyində saxlanır.

- Bir yaradıcı adam kimi Avstriyada sizə münasibət necədir bəs, yaşadığınız ölkədən razısınızmı?

- Mən 40 ildir ki Avstriyadayam. Vyanada, Tirolda və s. Avstriya şəhərlərində

Bəhruz Həşmətin Vyananın mərkəzində qoyulmuş "Azadlıq" adlı heykəli.
Bəhruz Həşmətin Vyananın mərkəzində qoyulmuş "Azadlıq" adlı heykəli.

çoxlu heykəllərim var. Yaxın illərə qədər mən Avstriya vətəndaşı deyildim, amma axır ki, Avstriya mənim bu ölkə qarşısında xidmətlərimə görə mənə fəxri vətəndaşlıq verdi. Mən də bu ölkəyə əliboş gəlməmişəm, gəlmişəm göstərim ki, göstərəm kiməm mən, nə üçün gəlmişəm, nə demək istəyirəm.

- Bəhruz bəy, siz öz ölkənizdən çıxıbsınız və sizin kimi həm İran Azərbaycanından, həm də Azərbaycan Respublikasından çox yaradıcı adamlar çıxıb gedir, çünki ölkələrindəki durum onları qane etmir. Siz necə düşünürsünüz, yaradıcı adam öz xalqının içində qalıb yaşamalı, mübarizə aparmalı, yoxsa yaratmaq üçün ən uyğun ölkəyə çıxıb getməlidir?

İndi ki, Avstriyaya gəlmişəm deyə bilirəm ki, İranda insanların başına nə işlər gətirilir, mən niyə ordan qaçmışam.

- Təbii ki, ədəbiyyatçılar, şairlər, yazarlar, heykəltaraşlar bir millətin sərmayəsidir, bir millət ki, yaradıcı adamlarını itirə yavaş-yavaş kasıblaşar. Çox heyfslənirəm ki, diktator hökümətlər ağıllı adamların ölkələrindən çıxıb getməsinə bais olur. Yaradıcı adamın öz xalqının içində yazıb-oxumaması, yaratmaması məni çox dərindən üzür. O vaxt mən İranda yaşayanda, həm

Bəhruz Həşmətin "Düşüncəsi həbsə salınmış adam" heykəli.
Bəhruz Həşmətin "Düşüncəsi həbsə salınmış adam" heykəli.

İran, həm ətrafdakı ölkələr diktatorluq idi. Diktator istəyir ki, xalq ancaq yesin, yatsın, işləsin və qəfəsdə olsun daim. Qəfəsdə olan insana nə musiqi lazımdır, nə şeir lazımdır, nə heykəl. Mənim fikrimcə bir millət öz sözünü deyə bilirsə azaddır, o millət ki, azadlığından həzz ala bilmir, o azad deyil və sürü kimi yaşayır. Azadlıq çörək kimi, su kimi bir şeydir ki, insanın əlindən almaq olmaz.

O ki, qaldı mənim vətənimi tərk etməyim, mən burda öz vətənimdə olanların tarixini yazıram, əgər ölkəmdə olsaydım dilim bağlı olacaqdı və sözümü deyə bilməyəcəkdim. İndi ki, bura gəlmişəm deyə bilirəm ki, orda insanların başına nə işlər gətirilir, mən niyə ordan qaçmışam. Beləliklə də işimi görürəm ki, işim tarixdə xəbər verə bizim başımıza nələr gəlib.

XS
SM
MD
LG