Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:19

Nardaran işi: 'Cinsiyyət orqanımı tapdalayan bu idi'


Dindаrlаr «Bаndotdel» işçisinə аyаqqabılarını atıblаr - [məhkəmədə etirаz]
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Nardaran işi üzrə məhkəmə davam edir

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində «Nardaran işi» üzrə mühakimə olunanlar onlara ən çox işgəncə verənlər sırasında əməliyyatçı Şahlar Cəfərovun da adını çəkirdilər. Dediklərinə görə, həmin işgəncələr saxlanılarkən, eləcə də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) verilib. Ş. Cəfərov ötən məhkəmə iclasında dindirilərkən qalmaqal düşmüş, ona görə də dindirmə yarımçıq dayandırılmışdı.

Sentyabrın 7-də keçirilən məhkəmə iclasında onun dindirməsi davam etdirilib. Təqsirləndirilən şəxslər bir daha Şahlar Cəfərovun onlara işgəncə verdiyini bildirib, ayrı-ayrılıqda bu barədə ətraflı danışıblar.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

«Dedim, «axı elə şey olmayıb, necə yazım?» Əllərim bağlı vəziyyətdə mənə təpik vurub yerə yıxdılar, Kərim sinəmin üstünə çıxdı. Bu da döyməyə başladı. Cinsiyyət orqanımın üstünə çıxıb tapdalayan da bu idi...»

«QOLLARIMI DOĞRADIM»

«Məni «bandotdel»də kameradan çıxarıb, əllərim bağlı vəziyyətdə buna təhvil verdilər, bu da 5-ci mərtəbəyə qaldırdı. Otaqda bu idi, Kərim Əlimərdanov idi, bir də «Şrek» deyilən biri. Dedilər ki, yaz, «Abbas gətirib, bizə silah paylayıb». Dedim, «axı elə şey olmayıb, necə yazım?» Əllərim bağlı vəziyyətdə mənə təpik vurub yerə yıxdılar, Kərim sinəmin üstünə çıxdı. Bu da döyməyə başladı. Cinsiyyət orqanımın üstünə çıxıb tapdalayan da bu idi. Həmin vaxt bunlar orada mənə Neft Akademiyasındakı hadisəni misal çəkdilər, dedilər ki, «gördün, qapıçını, dönərsatanı basdıq, getdi». O işgəncələrdən sonra məcbur olub, qollarımı doğradım. Bundan sonra yenə kameradan çıxarıb apardılar. Bu dəfə dörd nəfər idilər. Kərim Əlimərdanov dedi ki, «nə artistlik eləyirsən?» Yenə işgəncə verdilər, onda deyəndə ki, «Mehriban Əliyevaya şikayət yazacam», şəxsən bu Şahlar Cəfərov söyüş söydü»,təqsirləndirilən Cabbar Cabbarov bildirib.

Buna da bax: Taleh Bağırov: «Kimdənsə 1 manat aldığımı sübut eləsələr...»

Taleh Bağırov: «Tutulan gün «bandotdel»in həyətində üz-gözüm qan içində idi, rəis müavini dedi ki, «aparın, qanı təmizləyin». Nə qədər yuyurdular, qan dayanmırdı»

Şahlar Cəfərov deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

«QORXURDULAR Kİ, ÖLƏRƏM»

Taleh Bağırov da ona ağır işgəncə verən əsas adamlardan birinin Şahlar Cəfərov olduğunu deyib:

Buna da bax: ‘Nardaran dustağı’ ilə Cahangir Hacıyev eyni kamerada olublarmış

«Məni tutub mebel maşınında aparanda, ondan sonra «bandotdel»in həyətində sifətim elə tanınmaz hala düşmüşdü ki, sanksiya üçün Nəsimi rayon məhkəməsinə aparanda uzaqdan hakim görüb dedi ki, «bu harda belə hala düşüb?» Tutulan gün «bandotdel»in həyətində üz-gözüm qan içində idi, rəis müavini dedi ki, «aparın, qanı təmizləyin». Nə qədər yuyurdular, qan dayanmırdı. Üç gün təcili yardım gəldi, o müddətdə mənə dəymədilər, qorxurdular ki, ölərəm. Üç gün sonra Milli Şura məsələsi başladı, əvvəlcə xoşluqla danışdlar, razı olmadığımı görüb keçdilər pozğun, şərəfsizcəsinə işgəncələrə. Şəxsən bunun (Şahlar Cəfərovu nəzərdə tutur-red.) özünə dedim ki, «mənim kişiliyim siz dediyiniz üsulla yox, yalandan kiminsə üzünə dursam, əldən gedər». Bunlar o qədər şərəfsizliklər elədilər ki, hətta müstəntiq belə, dedi ki, «bu adam ilahiyyatçıdır, ona qarşı bu cür əxlaqsızlıqlar eləməyin». İnanın Allaha, bunun zərbələrindən sonra maşında Fərail qardaşımızın son sözləri qulağımdan getmir. Maşında ən əxlaqsız söyüşləri bu söyürdü».

Buna da bax: Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

«BOYNUMDA BİRİ OTURDU, DÖYMƏYƏ BAŞLADILAR»

«Bunun otağında beysbol çubuğu var. Boynumda biri oturdu, məni onunla döydülər»

Şahlar Cəfərov T.Bağırovun da dediklərini inkar edib: «Təsdiqləmirəm. Əməliyyatdan sonra Taleh Bağırovla heç bir ünsiyyətim olmayıb».

Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov, Abbas Quliyev, Aqil İsmayılov, Rasim Cəbrayılov, Əli Nuriyev də işgəncələrə məruz qalmaları haqda ifadə veriblər.

«Bunun otağında beysbol çubuğu var. Boynumda biri oturdu, məni onunla döydülər», – Əli Nuriyev bildirib.

Şahlar Cəfərov: «Təsdiqləmirəm. Əməliyyatdan sonra Taleh Bağırovla heç bir ünsiyyətim olmayıb».

Rasim Cəbrayılov işgəncələrlə yanaşı, həm də ailəsilə hədələndiyini deyib.

Şahlar Cəfərov isə bu təqsirləndirilən şəxsləri ümumiyyətlə, tanımadığını, onlarla heç bir ünsiyyətinin olmadığını bildirib.

Buna da bax: Taleh Bağırov: 'Məni öldürəydi, toka verəydi...'

BARMAQLIQLAR ARXASINDA AYAQQABILARINI ATIBLAR

«Əgər yalan deyirəmsə, Allah mənim bəlamı versin, yox, bu yalan deyisə, onun bəlasını. Əgər bu adam əməliyyatdan sonra bizi görməyibsə, mən hardan bilirəm ki, onun otağı beşinci mərtəbədə solda yerləşir, pəncərənin qarşısında stolu var, üstündə də kompüter. Beysbol çubuğunu mən də görmüşəm otaqda»,Abbas Hüseynov deyib.

Şahlar Cəfərov isə qeyd edib ki, ümumiyyətlə, işlədiyi şöbə beşinci mərtəbədə yerləşir, orada bütün otaqlarda da stollar pəncərənin qarşısındadır.

«Əgər bu adam əməliyyatdan sonra bizi görməyibsə, mən hardan bilirəm ki, onun otağı beşinci mərtəbədə solda yerləşir..»

Təqsirləndirilən şəxslərin işgəncə verən əsas adam kimi niyə məhz onun adını çəkməsi barədə vəkillərin sualına isə Cəfərov belə cavab verib: «Hamı barədə deyə bilərlər...»

Şahlar Cəfərovun dindirməsi başa çatandan sonra təqsirləndirilən şəxslərdən bir neçəsi dəmir barmaqlıqlar arxasından ona ayaqqabı atıblar. Məhkəmə zalında onun ünvanına qarğışlar səsləndirilib.

Buna da bax: Taleh Bağırov Erdogan-a müraciət etdi

«MEYİTİ GÜLLƏLƏYİBLƏR»

Bugünkü məhkəmə iclasında BMCMİ-nin daha bir əməkdaşı Üzeyir Salamov da ifadə verib. O bildirib ki, idarəyə Taleh Bağırov və tərəfdarlarının silahlı çevriliş hazırlaması barədə məlumat daxil olub, bunun da əsasında noyabrın 26-da səhər saat 10 radələrində müşavirə, ardınca da günorta saat 13.00 radələrində də Nardaranda əməliyyat keçirilib. O bildirib ki, əməliyyat zamanı polislər həyətə daxil olarkən orada qumbara atılıb, amma qumbaranı atanın kimliyini görməyib.

Polis: «Güllələri qurtarandan sonra onu zərərsizləşdirdim. Mən ona heç bir xəsarət yetirməmişəm. Mən zərərsizləşdirərkən yaralı idi - döş qəfəsi və qarın nahiyəsindən...»

Üzeyir Salamov deyir ki, Fərail Bünyadovu o zərəsizləşdirib: «Güllələri qurtarandan sonra onu zərərsizləşdirdim. Mən ona heç bir xəsarət yetirməmişəm. Mən zərərsizləşdirərkən yaralı idi - döş qəfəsi və qarın nahiyəsindən. Üzərində başqa xəsarət yox idi. Onu Təcili Yardım maşınına mindirib xəstəxanaya yola salmışıq».

Təqsirləndirilən şəxslər isə polisin yalan ifadə verdiyini bildirib. Onlar bildiriblər ki, Fərail Bünyadov yaralanmamışdı, onu mebel maşınında apararkən döyə-döyə öldürüb, sonra da guya əməliyyat zamanı yaralanıb öldüyü görüntüsünü yaratmaq üçün meyiti güllələyiblər.

Buna da bax: Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

«ONU MAŞINDA ÖLDÜRDÜLƏR»

«Fərail sapsağlam adam idi, onu maşında öldürdülər. «Bandotdel»də bizi düşürəndə onun meyitini maşında saxladılar» deyən T.Bağırzadə onu da qeyd edib ki, Nardaranda əməliyyat keçirilərkən orada çəkiliş aparılıb: «İçəridə 100 faiz çəkiliş olub. Sadəcə, özlərinə sərfəli şeylər olmadığına görə ortalığa çıxartmadılar. Bizim birimizin əlində silah olsaydı, onu dərhal ortaya qoyub, bütün dünyaya göstərərdilər».

Vəkil: «Ekspertiza Fərail Bünyadovun üzərində güllə yaraları ilə yanaşı, bədənində, o cümlədən ayağında sınıqlar, alnın əzilməsi barədə rəy verib».

Vəkil Yalçın İmanov da xatırladıb ki, ekspertiza Fərail Bünyadovun üzərində güllə yaraları ilə yanaşı, bədənində, o cümlədən ayağında sınıqlar, alnın əzilməsi barədə rəy verib.

Məhkəmə prosesi sentyabrın 8-də davam edəcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax:

"Nardaran işi" üzrə məhkəmə prosesi davam edir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

XS
SM
MD
LG