Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:23

Türkmənistan prezidenti ilin əvvəlindən bəri 5-ci kitabını yazıb


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov il başlayandan bəri 5-ci kitabını yazıb. Ölkə televiziyasının sentyabrın 8-də verdiyi xəbərdə belə deyilir.

Berdymukhammedov hökumətin ilin yekunlarına həsr olunmuş iclasında bu yaxınlarda daha bir kitabını tamamladığını bildirib. Kitabın adı belədir: «Dünya musiqisi, dostluq və qardaşlıq musiqisi». Prezident bu kitabı türkmən xalqının mahnı sənətinə həsr edib.

KİTABDA USTAD AŞIQ ŞÜKÜRDƏN SÖZ AÇILIR

Dövlət başçısının dediyinə görə, «bu kitabda türkmən musiqi sənətinin ən böyük ustadlarından olan Şükür Baqşidən (türkmənlər xalq ozanına «baqşi» deyirlər) söhbət gedir. Onun həyat və yaradıcılığı müstəqil və tərəfsiz türkmən dövlətinin barışcıl... siyasəti ilə uzlaşır».

Prezident türkmən xalqının tarixboyu ən çətin problemləri də dinc yolla çözməyə üstünlük verdiyini vurğulayıb. O, əcdadların yoluna sadiq qalmağı türkmən xalqının borcu saydığını da söyləyərək, fikrini belə tamamlayıb: «Mən bu kitabı yaxın zamanda toplaşacaq Ağsaqqallar Şurasının iştirakçılarına hədiyyə etmək istəyirəm. Düşünürəm ki, Ağsaqqallar Şurasının toplantısınadək bu kitabın təqdimatını keçirmək və xalqımızı onunla tanış etmək düzgün olardı».

XARİCİ DİLLƏRƏ DƏ TƏRCÜMƏ EDİLİB

Berdymukhammedov bu il boyunca daha 4 kitab da yazıb: «Müdriklik bulağı» (atalar sözü və məsəllər toplusu), «Çay - məlhəm və ilham», «Atın sürətli qaçışı» (Axaltəkə atları barədə) və «Səmavi gözəllik» (türkmən xalçaları haqda). Türkmənistan prezidentinin bir çox kitabı xarici dillərə də tərcümə edilib.

Sözügedən Ağsaqqallar Şurasının toplantısı sentyabrın 14-də Aşqabadda keçiriləcək.

Prezidentin uşaqlıq xatirələri ən çox satılan kitab olub

Prezidentin uşaqlıq xatirələri ən çox satılan kitab olub
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

XS
SM
MD
LG