Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:33

89 yaşlı gürcü yazıçısı Nobelə namizəd göstərilib


Gürcü yazıçısı və filosofu Giwi Margwelaschwili.
Gürcü yazıçısı və filosofu Giwi Margwelaschwili.

-

89 yaşlı gürcü yazıçısı Nobelə namizəd göstərilib

Tanınmış gürcü-alman yazıçısı və filosofu Giwi Margwelaschwili ədəbiyyat üzrə Nobelə namizəd göstərilib. Bu haqda nüfuzlu gürcü dərgisi "Georgian Journal" məlumat yayıb. Yazıçının 89 yaşı var və Almaniyanın paytaxtı Berlində yaşayır.

Giwi Margwelaschwili 1927-ci ildə Berlində gürcü mühaciri ailəsində doğulub. Onun atası Tite Margwelaschwili gürcü yazıçısı və filosofu olub, o ailəsi ilə birlikdə 1921-ci ildə Sovet işğalından sonra Gürcüstanı tərk edib. 1946-cı ildə Sovet hakimiyyəti Almaniyanın şimalını işğal edərkən Giwi Margwelaschwilini atası ilə birlikdə həbs edib həbs düşərgəsinə yollayır. 18 aylıq həbsdən sonra Giwi gürcüstana qayıdır və Tibilisi Dövlət Univerisitetində ingilis dili üzrə təhsil alır. O Gürcüstandaykən romanlar, kiçik hekayələr və dram əsərləri yazsada Sovet hakimiyyəti onun əsərlərinin çapına icazə vermir.

Buna da bax: "İndi azərbaycanlı sanki azad idi (Gürcü yazıçının hekayəsi)"

1980-ci illərdə Giwi Margwelaschwili yenidən Şimali Berlinə gedir və artıq 40 ilə yaxındır orda yaşayır. O bundan öncə 2006-cı ildə Alman “Goethe İnstitu” medalına və 2008-ci ildə “Almaniya Federativ Respublikasına Xidmət” medalına layiq görülüb.

Giwi Margwelaschwili qərbdə Heidegger fəlsəfəsinin dili haqda yazdığı tədqiqat əsəri və Sovet İttifaqında keçən həyatı haqda yazdığı avtobioqrafik “Muzal” romanı ilə tanınır.

XS
SM
MD
LG