Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:45

Pirallahıda sənaye parkı yaradılır


Pirallahı adası
Pirallahı adası

Pirallahı Sənaye Parkı yaradılacaq. Bu Sənaye Parkı adından göründüyü kimi Pirallahı rayonu ərazisində inşa ediləcək.

Prezident İlham Əliyev sentyabrın 14-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamı ölkə başçısının rəsmi internet saytı yayıb.

Buna da bax:​ Turizm zonasına çevriləcək uzaq ada – Pirallahı

Sənəddə qeyd olunur ki, parkın yaradılmasında məqsəd qeyri-neft sektorunun inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, sənaye sahələrinin yaradılmasıdır.

Nazirlər Kabineti parkının fəaliyyətindən ötrü 30 hektar torpaq sahəsi ayırmalıdır.

Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki «Sumqayıt Kimya Sənaye Parkı» Cəmiyyəti həyata keçirəcək. Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq dörd milyon manat ayrılacaq.

Buna da bax:​ Bir şirkət 3 ayda 28 tenderi necə udur?

Nazirlər Kabineti isə parkının fəaliyyətindən ötrü 30 hektar torpaq sahəsi ayırmalıdır.

Sərəncamla iqtisadiyyat və maliyyə nazirliklərinə də tapşırıqlar verilib.

Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılmasına 2011-ci ildən başlanıb.

Prezident bu istiqamətdə növbəti sərəncamlara birdə 2015-ci ildə imza atıb. Həmin il Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir və Qaradağ sənaye parklarının yaradılmasına qərar verilib.

Buna da bax:​ Daha 6 rayonda sənaye məhəlləsi yaradılır

2016-ci ilin iyununda isə prezident Masallı Sənaye Məhəlləsinin yaradılması haqda sərəncam verib.

Ancaq, ekspertlər qeyd edirlər ki, Azərbaycan iqtisadiyyatı, hələ də, neft asılılığından qurtarmayıb.

XS
SM
MD
LG