Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:28

Şəhriyar farsca gözəl yazırdı, yoxsa türkcə?


Şəhriyar
Şəhriyar
İz - Şəhriyar doğma dilini də sevdi, Sürəyyanı da...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

Bu il sentyabrın 16-da görkəmli şair Şəhriyar 110 yaşını tamamladı.

AzadlıqRadiosunun «İz» mədəniyyət proqramının bu sayında ustad Şəhriyarın əziz xatirəsi anılır, «Şəhriyar və Sürəyya» dastanı diqqətə yetirilir.

Dinləyib bu suallara cavab tapa bilərsiniz:

- Şəhriyar necə Şəhriyar oldu?

- Onun zamanında nəyi sevir, nəyi dinləyir, nəyi oxuyurdular?

- Şəhriyarın farsca yazdığı qəzəllərlə ana dilində yazdıqlarının fərqi nədir? Şair farsca gözəl yazırdı, ya türkcə? (Azərbaycan türkcəsi – Azərbaycan dili nəzərdə tutulur)

- Şəhriyarın şirazlı Sürəyyaya məhəbbəti niyə daşa dəydi?

- Kim «qara keşiş» oldu?

- Şəhriyar nədən 40 il evlənmədi?

- Düz 40 ildən sonra Sürəyyadan: «Məni yenə sevirsənmi»- deyə məktub alan şair ona nə cavab verdi?

- Və nəhayət, ustad Şəhriyarı son mənzilə yola salanlar arasında Sürəyya da vardımı?

Verilişi dinləsəniz, şairin öz səsi və nəfəsiylə «Yar qasidi» şeirini dinləyəcək, «Heydərbabaya salam» verəcək və hər dəfə ustad Şəhriyarın 30 illik dostu və sirdaşı Rəhimağa Çavuş Əkbərinin maraqlı açıqlamalarını eşidəcəksiniz.

Sentyabrın18-də saat 23-də daha bir qəmli sevgi tarixçəsinə köklənin, ustad şairin 110 illiyində «Şəhriyarla Sürəyya» dastanının izinə düşün.

XS
SM
MD
LG