Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:19

Bolqarıstanda niqab qadağası sual doğurur


Niqab
Niqab

Bolqarıstan parlamenti niqab qadağasını pozanların 100 dollar civarında cərimə olunacağını nəzərdə tutan qanun qəbul edib.

Bu qanuna görə, ictimai yerlərdə üzü tam gizlədən, şəffaf tül altında saxlayan istənilən geyimlə görünmək qadağandır.

Qanuna salınan müvafiq maddənin mətnində deyilir ki, qadağaya yaylıq, maska, geyimin müxtəlif yerləri ilə «üzü tam, ya da üzün yarısını örtən qalın və ya şəffaf parça» növlərindən istifadə daxildir.

Niqab qadağasını ilk dəfə pozanlara 200 lev (100 dollara yaxın) cərimə kəsilməsi nəzərdə tutulur. Qadağanın eyni adam tərəfindən yenidən pozulmasına görə 1500 levədək (təxminən 750 dollar) cərimə tətbiq ediləcək.

BOLQARISTANDA YAŞAYAN TÜRK QADINLAR ÜZLƏRİNİ QAPATMIRLAR

Qanun peşəsinə və ya sağlamlıq səbəbilə üzünü örtmək məcburiyyətində qalan qadınlara şamil olunmur. Dini yerlərdə və şəxsi evində niqab və ya çadra geyinmək də yasaqlanmır.

Bolqarıstanda türk icmasının maraqlarını qoruyan «Hüquq və Azadlıq Uğrunda Hərəkat» Partiyası qanun layihəsini tənqid edərək, onu dini zəmində düşmənçiliyin qızışdırılması kimi qiymətləndirib.

Bolqarıstan əhalisinin 13 faizi türklərdir və onlar bu ölkənin ən böyük müsəlman icmasıdır.

Bu məqam da maraqlıdır ki, Bolqarıstanda yaşayan türk qadınları üzlərini qapatmır və bir o qədər mühafizəkar sayılmırlar.

Fransada müsəlmanlara qarşı basqılar

Fransada müsəlmanlara qarşı basqılar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

ROMALAR ARASINDA NİQAB TAXANLAR VAR

Bolqarıstanda buqanunun qəbuluna ölkənin cənubunda - Pazarcık şəhərində bir qrup qadının niqab taxması səbəb olub.

Şəhərin bələdiyyə rəhbəri Rumen Kozhuharov sözügedən yasağın Avropa ölkələrindəki terror hücumlarından və son bir neçə ildə ölkəyə gələn miqrant axınından qaynaqlandığını deyir.

Niqab Bolqarıstanda ənənəvi geyim sayılmasa da, son iki-üç ildə burada romalardan – qaraçılardan ibarət sələfi icmasının yaşadığı Pazarcıkda niqab taxanlar gözə dəyib.

BBC yazır ki, busələfi icması onların vaizi Ahmed Musa dini zəmində düşmənçiliyi qızışdırmaq ittihamı ilə 3 dəfə məhkəməyə çəkiləndən bəri medianın diqqət mərkəzinə gəlib.

Yerli sakinlərin sözlərinə görə, Ahmed Musa xristian ailəsində doğulsa da, 20 il əvvəl islamı qəbul edib. Qərbə gəldikdən sonra onun baxışları daha da mühafizəkarlaşıb.

Pazarcıkın 70 min sakininin 4 faizi müsəlmandır. Onların az bir bölümü Ahmed Musa-nın ətrafında cəmləşsə də, küçədə 15-20 qadının niqabla görünməsi yerli hakimiyyəti təlaşlandırıb.

«DAHA REAL PROBLEMİMİZ VAR»

Pazarcıkdakı müsəlman şurasının keçmiş rəhbəri, hazırda 350 illik osmanlı məscidində çalışan Ramiz Sali deyir ki, qadının üzünün açıq olub-olmaması onu maraqlandırmır, çünki İslama görə, qadının saçı və çiyinləri görünməməlidir. Hicab da məhz bu tələbi qarşılayır.

O əlavə edir ki, şəhərin roma icmasının əsas və real problemi zəif təhsil və yüksək işsizlikdir: «Romalıların tən yarısı zibil qutularında eşələnirsə, hansı terrorçuluqdan danışmaq olar?».

Bolqarıstan 2006-cı ildən Avropa Birliyinin üzvüdür.

Müsəlmanlarda baş örtüyünü əvəzləyən, üzü örtən və yalnız gözlərin göründüyüniqab geyimi Fransa, Belçika və Latviyada artıq yasaqlanıb.

Avqustun 12-də Fransanın kurort şəhəri sayılan Kannda qadınlara müsəlman qadınların xüsusi çimərlik geyimində - burkinidə dənizə girmək qadağan edilmişdi.

XS
SM
MD
LG