Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:30

Deputat: 'Problemli kreditlərin səbəbi təkcə neftin ucuzlaşması deyil...'


Deputat Ziyad Səmədzadə
Deputat Ziyad Səmədzadə

“İndiki iqtisadi çətinliklər müvəqqətidir və onlar hər zaman innovativ fəaliyyəti stimullaşdırır. Hazırda investorların Azərbaycana marağı davam edir”.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva oktyabrın 6-da keçirilmiş 8-ci Azərbaycan mikromaliyyə konfransında belə deyib.

“İslam inkişafı qrupu mikromaliyyələşməni strateji məqsəd kimi götürüb və Azərbaycanda araşdırmalar aparır”, deyə o bildirib.

Buna da bax:​ Üçüncü devalvasiya nə dərəcədə realdır?

AMA-nın idarə heyətinin sədri Süleyman Kələşov isə qeyd edib ki, neftin ucuzlaşması devalvasiya prosesinə təsir edib. Devalvasiya prosesi isə təkcə problemli kreditlərə yox, sağlam kredit portfelinə də təsir edir.

Kələşov qeyd edib ki, AMA üzvləri 370 min müştəriyə xidmət edir.

Deputat bankları qınadı

MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, problemli kreditlərin səbəbi təkcə neftin ucuzlaşması deyil.

“Əsas səbəb bir sıra maliyyəçilərin qeyri-peşəkarlığı, necə olursa-olsun kredit vermək arzusudur”, deyən Ziyad Səmədzadə əməkdaşları ixtisar edən bankları qınayıb.

Buna da bax:​ Problemli kreditlər:Dövlət yaxasını kənaramı çəkir?

İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder baş vermiş çətinliklərin həlli yollarından danışıb. O, qeyd edib ki, müştərilərin inamını bərpa etmək, onlara daha ucuz və innovativ məhsullar təqdim etməkdən ötrü sektorda islahatların aparılmasına ehtiyac var.

“Müsbət islahat kimi kredit büroları və daşınan əmlakın reyestri yaradılmalıdır”, deyə o bildirib.

“Paşabank”ın korporativ və institusional bankçılıq şöbəsinin direktoru Melix Mengü isə qeyd edib ki, Azərbaycanda banklar nadir hallarda mikromaliyyələşmə institutlarını maliyyələşdirir.

XS
SM
MD
LG