Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Qobustan: ‘İcra hakimiyyətinə pullarını verib işlərini görürlər...’


Qobustanda pay torpaqlarında tikinti aparılır.
Qobustanda pay torpaqlarında tikinti aparılır.

“Qobustan rayonunda insanların hüquqları hər sahədə kobudcasına pozulur. Ən çox da torpaqlarımızla bağlı... İcra hakimiyyətinin başçısı və onun məmurları əkin sahələrimizi başqa-başqa adamlara satıblar. Hazırda azı 175 sakinin əkin sahəsində başqaları tikinti aparır, çəpərlər çəkir”.

“BİRİ EV TİKİR, BİRİ HASAR ÇƏKİR”

Qobustanın Nərimankənd kənd sakinləri prezidentə müraciət edərək, əllərindən alınıb satılmış əkin sahələrinin özlərinə qaytarılması üçün kömək istəyiblər.

Buna da bax:​ Mal-qara saxlayana bəd xəbər: Qış otlaqlarında pambıq əkiləcək

Məhəmməd Hümməzov AzadlıqRadiosu-na danışır ki, 1996-cı ildə torpaq islahatları zamanı kəndlilərə pay torpaqları verilib. İcra hakimiyyətinin başcısı və yerli bələdiyyə kəndlilərə məxsus həmin əkin torpaqlarını kənardan gələnlərə satırlar:

“Bu dəqiqə də həmin torpaqlarda şıdırğı iş gedir. Biri ev tikir, biri hasar çəkir. Halbuki, bu torpaqlar kənd təsərrüfatı təyinatlıdır, tikinti aparılması qanunsuzdur. Ancaq icra hakimiyyətinə pullarını verib işlərini görürlər”.

ŞİKAYƏT ETMƏKDƏN ÇƏKİNƏNLƏR VAR

Kəndlilərin bir hissəsi məsələni hüquq müstəvisində çözmək qərarına gəlib. Məhkəməyə müraciət edən bir qisim sakinin iddiası təmin olunub. Məhkəmə qətnamə çıxarıb ki, həmin torpaqlardakı tikililər sökülsün, torpaq sahələri boşaldılaraq sahibinə qaytarılsın. Bu qərarların bəziləri icra olunub, bəzilərində hələ də tikililər sökülməyib. Məhəmməd Hümməzov sözünə davam edir:

«Şəxsən məndə 48 sot torpaq sahəsidir. Şəkillərini də sizə yolladım. Gördüyünüz kimi, əkin məqsədilə mülkiyyətimizə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəmizdə tanımadığımız adamlar tərəfindən tikinti aparılır. Deyirlər, “torpağı bizə bələdiyyə satıb, icra hakimiyyəti də deyib, gettik”».

Buna da bax:​ Göyçayda kimlərin pay torpaqları necə satılır?...

Ancaq elə torpaq sahibləri də var ki, şikayət etməkdən çəkinir. Məhəmməd Hümməzov deyir, səbəb məmurların həmin sakinlərə hədə-qorxu gəlməsidir. Kimisi özünün, kimisi də hansısa qohumunun işini itirməsilə, kimisi övladının həbs olunması ilə hədələnir. Əllərində dövlət aktları olan sakinlər dolanışıq üçün onlara verilmiş əkin sahələrini göz görə-görə itirirlər.

Qobustanda pay torpaqlarında tikinti aparılır.
Qobustanda pay torpaqlarında tikinti aparılır.

“ÖZ ARALARINDA SATIRLAR”

Qobustan rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, əkin sahələri kimi mülkiyyətlərinə verilmiş torpaqları kəndlilər özləri könüllü satırlar: “Özləri öz aralarında satırlar. İndiyə kimi kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş xeyli evin sahibinə xəbərdarlıq olunub, eləsi var ki, sökülüb. Kəndli öz torpağını satmasa, o torpağı onun əlindən heç kəs alıb sata bilməz. Çünki torpaq sahibinin əlində dövlət aktı var. Əgər kimsə zəbt edibsə, bunun üçün məhkəmə var, məhkəməyə müraciət etsinlər”.

Buna da bax:​ Masallıda göyərti ilə dolanan kənd susuz qalıb

Qobustan bələdiyyəsindən isə “Qaynar xətt”in suallarını cavablandıran olmayıb.

“Hektarlarla əkin sahələrini mənimsəyir, haram pullarla varlanır, özlərinə bahalı maşınlar alır, villalar tikdirir, dəbdəbəli həyat qururlar. O qədər harama bulaşırlar ki, haqqı görmür, qanunu tanımırlar”,kəndlilərin prezidentə yazdıqları məktub belə bitir. Onlar ölkə başçısından əllərindən çıxmaqda olan əkin sahələrinin özlərinə qaytarılması üçün durumu nəzarətə götürməsini istəyirlər.

XS
SM
MD
LG