Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'


İki Azərbaycanlı rejissor Elməddin Alıyev və Xəyyam Abdulla.
İki Azərbaycanlı rejissor Elməddin Alıyev və Xəyyam Abdulla.

-

Oxu zalının müsahibləri - gənc rejissorlar Elməddin Alıyev və Xəyyam Abdulla yerli kinoda qazandıqları uğurlardan və üzləşdikləri çətinliklərdən danışırlar.

- Elməddin bəy, Xəyyam bəy, bildiyim qədərilə ilk filmdən etibarən birlikdə işləyirsiniz... Bir araya necə gəlmisiniz?

E.A: Özəl Televiziya kanallarının birində tanış olmuşuq. “Nəfəs” filmindən başlayaraq bir yerdəyik.

- Necə olur ki, belə uzun müddət birlikdə işləyə bilirsiniz, fikirləriniz üst-üstə düşür? Heç mübahisə eləmirsiniz?

E.A: Heç də hər şeydə üst-üstə düşmür. Biz fikirlərimizi üst-üstə gətiririk. Bu da birdən-birə olmayıb. Yavaş-yavaş. Nəyisə müzakirə elədik, söhbət əsnasında gördük ki, bizdə alınır. Adətən, elə olur ki, iki rejissor bir yerdə bir film, iki film çəkir, üçüncüdə isə dalaşırlar. Bizdə yavaş-yavaş alınıb. Mübahisələrimiz, razılaşmadığımız məqamlar olur – hansısa replika, epizodla bağlı. Amma zamanla onu ortaq məxrəcə gətiririk.

- İlk işiniz “Nəfəs” olsa da, sizin tandem daha çox “Koramal” filmindən sonra diqqət çəkib. Ondan sonra o qədər də gözə dəymirsiniz. “Koramal” filmindən sonranələr eləmisiniz, nə çəkmisiniz?

E.A: “Koramal”dan sonra “Ağ qan” filmini çəkmişik. O film də bizə uğur gətirdi. Belçikada keçirilən 38-ci Gent Beynəlxalq Film Festivalının, Dubay Film Festivalının, Tiflis beynəlxalq film festivalının əsas proqramındanümayiş olunub. Yeri gəlmişkən, “Ağ qan” filminin festival həyatı hələ də davam edir. Bu günlərdə Batumidə keçirilən “Golden eye” Beynəlxalq Film Festivalında “Ən yaxşı operator işi” nominasiyasının qalibi olub. Ondan sonra 2014-cü ildə“Məryəm” qısametrajlı filmini çəkdik. Bu filmə görə “Humay” millimükafatınalayiq görülmüşük. 2015-ci ildə “İşıq gələn tərəf” qısametrajlı bədii filmini çəkdik. Bu film də 38-ci Clermont Ferrand Beynəlxalq Film Festivalında iştirak edib.

Elməddin Alıyev və Xəyyam Abdulla film çəkilişi zamanı.
Elməddin Alıyev və Xəyyam Abdulla film çəkilişi zamanı.

X.A: Clermont-Ferrand beynəlxalq festivalının kino aləmindəki dəyərini bəzi gənclər bilirlər. Onun tarixində ikinci, ya da üçüncü dəfədi ki, Azərbaycan filmi göstərilir.

- Filminiz mükafat aldımı?

X.A: Clermont-Ferrand Beynəlxalq Film Festivalına 7700-dən çox film göndərilmişdi. Bizim film əsas müsabiqəyə keçən 78 filmdən biri idi. Bunun özü bizim üçün bir uğurdu. “İşıq gələn tərəf” filminin ikinci uğuru İsveçrədə keçirilən 30-cu Friborg Beynəlxalq Film Festivalının rəsmi proqramında iştirakı oldu.

- Siz daha çox filmlərinizdə mistik, qaranlıq atmosferə meyillisiniz. Niyə?

E.A: “Koramal”da hadisə şər haqqındadı və ona uyğun olaraq mistik atmosfer yaratmışdıq. Ümumiyyətlə, o filmdə elə fikirlər vardı ki, yalnız İran tamaşaçıları gördülər. Çox maraqlı yozumlar vardı orda. Azərbaycanda dəfələrlə nümayiş etdirmişdik, heç kim fikir verməmişdi onlara. “Koramal” İranın Rəhmət Film Festivalında “ən yaxşı film” nominasiyasında qalib oldu. Biz də bu xətti davam etdiririk. Necə deyərlər, bizim üslubumuzdu. Komediya çəkmək potensialımız da var. Sadəcə müəllif filmlərinə üstünlük veririk və onu belə görürük. Ancaq maraqlı bir komediya ssenarimiz də var. Yaxşı kommersiya filmi alına bilər.

Buna da bax: Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır

.

Elməddin Alıyev və Xəyyam Abdullanın çəkdiyi Koramal filmi.

- Bəs niyə çəkmirsiniz?

E.A: İndiki komediyalar daha çox kommersiya xarakterlidi, pul qazanmaq məqsədilə çəkilir və konkret adamların üzərində qurulur. Tanınmayan aktyorları çəksən, heç bir uğuru olmayacaq. Reklam üçün də çox pul lazımdı.

Yüzlərlə rejissor yoxdu ki, nazirlik maliyyəni bölməkdə acizlik çəksin. Biz tammetrajlı film üçün nazirlikdən 50 min manatlıq büdcə istəmişdik. O pulu biz vermədilər ki, filmimizi çəkək.

- Bu qədər qısa filmdən sonra özünüzü tammetrajlıda sınamaq istəmirsiniz?

E. A: Açığı, “Ağ qan” filmindən sonra tammetrajlı film çəkməyə köklənmişdik. Biz özümüzü kifayət qədər sübut eləmişik, tammetrajlı film də çəkmək istəyirik, amma çəkə bilmirik. Çünki..

X.A: Bir neçə nəfəri çıxmaq şərtilə Azərbaycan kinosunu xaricdə bizim qədər təmsil eləyən rejissor yoxdu. Cəmi 2-3 nəfər. Yüzlərlə rejissor yoxdu ki, nazirlik maliyyəni bölməkdə acizlik çəksin. Biz tammetrajlı film üçün nazirlikdən 50 min manatlıq büdcə istəmişdik. O pulu biz vermədilər ki, filmimizi çəkək. Halbuki qısametrajlı film üçün böyük vəsaitlərsilirlər orda.

- Silirlər?

X.A: Yəni yeyirlər. Biz texnikanı özümüz tapmışdıq. Büdcəyə də aktyorların qonorarları, yemək və qalmaq xərclərini, bir də digər xırda xərcləri yazmışdıq. Öz qonorarımızdan da imtina eləmişdik. O pulu bizə vermədilər. Niyə? Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov bizi sevmir, deyir ki, onlar sözə baxmırlar.

E.A: Bir neçə tammetrajlı film ssenarimiz var. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət eləmişik. Ssenarilərimizdən biri “Ceviz” adlanırdı. “Əl-bəqərə” adlı başqa bir ssenarimiz var. Prinsipcə, baxılmışdı və bəyənilmişdi. Amma sonra dəstək vermədilər, ssenarilərin hansısa kriteriyalara uyğun gəlmədiyini dedilər, başqa bəhanələr gətirdilər. 2011-ci ildən ora nə qədərayaq döymüşük.

X.A: Əsaslı arqument göstərmədən ssenarilərimiz geri qaytarılır və nədənsə nazirliyin kinematoqrafiya şöbəsinin işçilərinin ssenariləri istehalata buraxılır.

.

Elməddin Alıyev və Xəyyam Abdullanın birgə çəkdikləri "Ağ qan" filminin posteri.
Elməddin Alıyev və Xəyyam Abdullanın birgə çəkdikləri "Ağ qan" filminin posteri.

- Yerli kino aləmində əksəriyyət sizi “nazirliyin qızıl cocuqları” hesab eləyir. Onlarla sıx əməkdaşlıq eləyən, tədbirlərdə mütləq adları çəkilən, hər layihəsinə yaşıl işıq yandırılan. Deməli, belə deyil?

X.A:- O qədər də yanlış təəssürat deyil. Çünki müəyyən dövrlərdə biz nazirliyə lazım idik. Məsələn, nazirlik kino ilə bağlı tədbir keçirirdi, o tədbirdə aktiv kino gənclərinə ehtiyac vardı. Nazir onlara mükafat verməli idi, fotoqraflar, mətbuat da çəkib göstərməliydi ki, baxın, kino sağdır, hətta kinomuza mükafat gəlib, nazir də onu filan gənclərə təqdim edir. Müəyyən dövrlərdə biz onların işinə yaramışıq deyə bizi dəstəkləyiblər, qara qaşımıza, qara gözümüzə aşiq olduqlarına görə yox. Amma sonra elə bir zaman gəldi ki, həmin o nazirlik dəstəyini açıq şəkildə düşmənçiliyə çevirməyə başladı. Elməddinin də dediyi kimi bizim ssenarilərimiz var. Quranda deyilir ki, Ey Məhəmməd, onlara de ki, əgər bizim dediyimizdən güclü deyə bilərlərsə, buyursunlar. İndi əgər nazirliyin bizim təqdim etdiyimiz ssenarilərdən güclü ssenariləri varsa, göstərsinlər. Bizim ssenarilərimiz bacarıqsız olduğumuza görə qəbul olunmayıb. Yox. Biz bacarıqlı gənclərik. Biz yazmışıq, pozmuşuq.Baxmayaraq ki, dəfələrlə işlərimiz geri qayıdıb, mübarizə aparmışıq ki, bəlkə daşı ətəklərindən tökdülər. Amma çox təəssüflər olsun ki, məhz, nazirliyin göstərdiyi münasibət ucbatındanindiyə qədər tammetrajli film çəkə bilməmişik.

E.A: Müraciət edə biləcəyimiz tək yer isə Mədəniyyət və Turizm Nazirliyi idi.

X.A: Çünki biz müəllif kinosu çəkirik. Heç bir biznesmen müəllif kinosunu dəstəkləməkdə maraqlı deyil. Özümüzü aldatmayaq. Bizim çəkəcəyimiz film heç bir biznesmenə lazım deyil. O, yalnız Dövlət Film Fondu olan, filmlərin qorunması üçün dövlət büdcəsindən pul ayıran Mədəniyyət və Turizm

Dövlət iş adamlarına heç bir güzəşt etmir, “bir kino layihəsinə maliyyə qoy və səni hansısa vergidən azad edirik” demir. Güzəşt olmayanda biznesmeni necə inandıraq ki, biz müəllif kinosu çəkəcəyik, orda mənəvi meyarlar vacibdi, belə filmlər də çəkilməlidi?

Nazirliyinə lazımdı ki, bir kino nümunəsi kimi gələcək nəsillərə, insanlarımıza qalsın. Bu mənada biz nazirlikdən asılıyıq. Digər tərəfdən dövlət iş adamlarına heç bir güzəşt etmir, “bir kino layihəsinə maliyyə qoy və səni hansısa vergidən azad edirik” demir. Güzəşt olmayanda biznesmeni necə inandıraq ki, biz müəllif kinosu çəkəcəyik, orda mənəvi meyarlar vacibdi, belə filmlər də çəkilməlidi? Bu, heç bir iş adamı üçün maraqlı deyil. Bu, dövlət üçün, Mədəniyyət və Turizm nazirliyi adındaqurum üçün maraqlı olmalıdı ki, Xəyyamla Elməddin müəllif filmini ataları üçün çəkmirlər. Biz ordan vur-tut dörd-beş min qonorar ala bilərdik. Sağ olsun, Müşfiq müəllim qonorarı rəndələyə-rəndələyə gedir. Amma film Azərbaycan insanına qalacaq. Əfsus ki, bu dediklərimin onlara heç bir aidiyyatı yoxdu, çünki kinoya biznes kimi, çox qazanmaq üçün vasitə kimi baxırlar. Bir il olacaq ki, Mədəniyyət və Turizm nazirinin qəbuluna yazılmışıq, hansısa gizli əl bizi nazirin yanına buraxmır. Vaxt vardı biznazirin qəbuluna bu gün yazılırdıq, sabah nazirin köməkçisi zəng vururdu ki, gəlin. Yəni biz bu qədər rahatlıqla Əbülfəs müəllimin qəbuluna düşə bilirdik. Son illər isə, demək olar ki, hər ay zəng vururam, hər dəfə də mənə deyirlər ki, nazir səfərdədi.

- Deyirsiniz ki, əvvəl işlərinə yarayırdıq, indi yox. Səbəb nədi?

X.A: Sözsüz ki, maneəni Əbülfəs müəllim yaratmır. O nazirdi. Orda kino şöbəsinin müdiri var, o şöbədə işləyən başqa insanlar var. Həmin insanlar deyirlər ki, nazirə yalnız “çerez” onlar çıxmaq lazımdı. Biz bir dəfə mükafat almışdıq, şöbəyə xəbər vermədən onu nazirə göstərməyə getmişdik. Çünki, bizim kinoya yolumuzuƏbülfəs müəllim açıb. O, nazir təyin olunandan sonra “Yaradıcı gənclər nə istəyir” adlı tədbir keçirildi. Biz də o forumda iştirak etdik. Əbülfəs müəllim çıxış zamanı qeyd etdi ki, heç bir gənc hansısa layihəsini nazirliyə gətirməkdən çəkinməsin. Biz də ondan sonra özəl studiya yaratdıq vənazirliyə “Nəfəs” layihəsini təqdim edərək qalib olduq. Söhbət birinci “Bu meydan, bu ekran” müsabiqəsindən gedir. Deməyim odur ki, o vaxtlar nazirin qəbuluna düşmək asan idi. Sonra o gizli əllər, o mister X-lər işə qarışdılar. Bu gün altmış yaşında kişilər gənc rejissorlarla düşmənçilik edirlər. Bəziləri bu müsahibəni oxuyan kimi sevinəcəklər ki, nə yaxşı Xəyyam bu müsahibəni verdi, belə odlu-alovlu danışdı, bir ağacda oturub min budağı silkələməyə başladı. Əlimizə əla arqument verdi.

Rejissorlar Elməddin Alıyev və Xəyyam Abdulla film çəkilişində.
Rejissorlar Elməddin Alıyev və Xəyyam Abdulla film çəkilişində.

- Siz əminsiniz ki, bütün bu dedikləriniz nazirin xəbəri olmadan baş verir və siz gedib onun qəbuluna düşə bilsəniz, nəsə dəyişəcək?

X.A: Mən demirəm ki, biz nazirin qəbuluna düşsək, nə isə dəyişəcək. Gərək nazir kino şöbəsini dəyişsin ki, nəsə dəyişsin. Bunu da eləməyəcək, çünki heç kim öz ayranına turş deməz. Sözsüz ki, biz nazirin qəbuluna düşməklə heç nə dəyişməyəcək. Bu cəmiyyətdə heç nə dəyişmədiyi kimi. Amma insanın içini boşaltmaq istədiyi bir instansiya olmalıdı. Bu müsahibəni oxuyandan sonra deyə bilməzlər ki, siz nə vaxt bizə müraciət elədiniz ki, indi belə danışırsınız. Yox, cənablar, biz qapıları döymüşük, həddindən artıq səbr göstərmişik. Bizdən sonra kinoya gələnlərin əksəriyyətinə tammetrajlı film verildi, bizə isə qadağa qoyuldu. İndi çəkilən bir neçə film var ki, onların ssenarisi nazirlik tərəfindən sinopsis kimi bizə təqdim olunmuşdu. Bəs birdən-birə nə oldu? Istedadımızı itirdik? Desinlər ki, istedadsızsınız. Bir beynəlxalq jüri çağıraq, o jüri işlərimizə baxsın, desin ki, bu gənclərin kinoya aidiyyatı yoxdu, gedib tikintidə işləsinlər.

- Əslində indi nazirliyin kino şöbəsində, eləcə də kinostudiyada baş verənlərdən narazı olanlar çoxdu. Amma nədənsə hamı pıçıltı ilə danışmağa üstünlük verir. Niyə birlikdə və açıq etiraz eləyən yoxdu?

Çox təəssüflər olsun ki, Azərbaycan kinosu tarixində söz sahibi olan bir neçə insan olub. Lakin indikilər öz mənafelərini güdürlər. Axırıncı nümunə kimi Rüstəm İbrahimbəyovu göstərə bilərik...

X.A: Bütün dövrlərdə, bütün cəmiyyətlərdə, təşkilatlarda, müəssisələrdə hər bir şey yük olaraq şəxsiyyətin üzərinə düşür. Zamanında Azərbaycan kinosunun inkişafında Ədil İsgəndərovun böyük rolu olub. Ədil İsgəndərov şəxsiyyət idi, istənilən qapını döyürdü, istənilən layihəni yüksək instansiyalara çatdıra bilirdi. Mən düşünürəm ki, bu gün Azərbaycan kinosundakı problemlərin əsas səbəbi şəxsiyyətsizlikdir. Sabah çıxıb deyəcəklər ki, o nə sözdü, mən şəxsiyyətəm! Mən şəxsiyyətsizlik deyəndə söz sahibi olan insanların yoxluğunu nəzərdə tuturam. Çox təəssüflər olsun ki, Azərbaycan kinosu tarixində söz sahibi olan bir neçə insan olub. Lakin indikilər öz mənafelərini güdürlər. Axırıncı nümunə kimi Rüstəm İbrahimbəyovu göstərə bilərik. O da bizim istedadımızdan xəbərdardı, zamanında ssenarimizi oxuyub, yüksək rəy verib, amma heç bir dəstək görməmişik. Elə şəxsiyyət olmadığına görə bir araya gələ bilmirik və düşünürəm ki, belə də davam eləyəcək. Çünki, ayrı-ayrılıqda hər kəs alınır, sındırılır, həzm edilir.

E.A: Bizdə hamı evində oturub fikirləşir ki, birdən çağırıb mənə film verərlər, dinməyim. Birdən kimsə istəyər ki, nəsə iş görüm, çörəyim kəsilməsin. Hamı belə fikirləşir.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

- “Birdən çağırarlar” deyənlərdən çağırılanı olurmu?

E.A: Hərdən müəyyən adamları sakitləşdirməkdən ötrü çağırırlar, yüngülvari bir film verirlər ki, ağzı yumulsun, qıraqda otursun. O da bir müddət sakit oturur. Bizdə danışanları nə iləsə ələ alırlar.

- Onda təbii bir sual yaranır: Belə bir industriyada niyə işləmək istəyirsiniz?

X.A: Biz bu industriyada işləmirik. Mən kinostudiyada bir dəfə işləmişəm. Onda da altı ay ürəyimdən müalicə olunmuşam.

E.A: Kinostudiyanın qocaman bir işçisi orda film çəkdiyimizi biləndə dedi ki, siz cavansız, özünüzü niyə burda məhv eləyirsiniz? Gedin, kənarda sərbəst öz filmləriniz çəkin, bura gəlsəniz,məhv olacaqsınız. Təsəvvür eləyirsiz?

- Lap qorxu filminə oxşadı. Orda bu qədər dəhşətli nə baş verə bilər?

E.A: Dəhşət bilirsiniz nədədi?! “Azərbaycanfilm” kinostudiyasında, ola bilsin ki, hansısa yeni, özünəməxsus istehsalat sistem tətbiq olunur, ancaq yaradıcılığa və yaradıcı insana qarşı düzgün münasibət yoxdur.

- Amma kinostudiyanın direktoru müsahibəsində deyir ki, bizim filmlər Hollivudla yarışır, Hollivud filmlərinə baxan yoxdu.

E.A: Çox şey danışmaq olar. Bu gün bəzən o qədər gözəl danışırlar ki... Amma işə gələndə görürük ki, ortada heç nə yoxdu. Reallıq başqa şeydi. Bu gün biz dünya kinosunda hansı yeri tuturuq? Belə deyək də. Məsələn, futbol yığmamız neçənci yerdədi dünyada? Kinoya da belə bir statistika ilə baxsaq, hansı yerdə olacaq, bir allah bilir. Ən azından, qonşularımızdan ibrət dərsi almalıyıq.

X.A: Səhnəyə çıxıb ağızdolusu danışmaq olar ki, Azərbaycan kinosu belə inkişaf elədi, elə inkişaf elədi. Yüz illik tarixi olan kinomuzun mütəmadi keçirilən bir festivalı yoxdu. Xaricdə insanlar Azərbaycandakı kinofestivallarla maraqlananda adını çəkməyə bir festival tapmırıq. Amma öz dedikləri kimi, Cənubi Qafqazın büdcələrində siçanlar oynayan digər ölkələrinin keçirdikləri festivallara, onların mahiyyətinə, dünyayla gördükləri işlərə baxsınlar! Yalandan baş aldatmaqla deyil. Burdan Əbülfəs Qaraevə səslənirəm: Cənab nazir, bir rejissor olaraq ölkəni tərk eləmək ərəfəsindəyəm. Mən yaxşı yaşamaq, qarındolusu çörək yemək dalınca getmirəm, onları burda da taparam. Zülm çəkərəm, fəhləlik eləyərəm. Sənət naminə ölkəni tərk eləyirəm. Niyə? Bir qrup insana görə! Hal- hazırda mənim yaradıcılığım sırf dövlətdən asılıdı. Mənim profilimə, üslubuma, janrıma yalnlız dövlət dəstək ola bilər.

E.A:- Əgər “Azərbaycanfilm” kinostudiyası kifayət qədər iş görsəydi, bu gün Leyla xanım Əliyeva “Əli və Nino” kimi layihələri həyata keçirərək kinomuzu ayağa qaldırmağa çalışmazdı. Deməli, onlar da burda boşluq görürlər.

Leyla Əliyeva "Əli və Nino" filminin yaradıcı heyyəti ilə birgə.
Leyla Əliyeva "Əli və Nino" filminin yaradıcı heyyəti ilə birgə.

Buna da bax: Gənclərin azad şəkildə çəkdiyi qısa filmlər (Video)

- Müəllif kinosu deyiləndə, adətən, müstəqil kino nəzərdə tutulur. Təbii ki, dünyanın hər yerində dövlətin müəyyən faiz dəstəyi var, amma o, daha çox müstəqildi. Siz niyə deyirsiniz ki, yeganə dəstəyiniz dövlət ola bilər?

X.A: Bir rejissorun potensialını, sözsüz ki, kino sahəsinə nəzarət edən insanlar daha yaxşı bilərlər, nəinki hər hansı bir müəssisə sahibi. Bu mənada biz nazirlikdən asılıyıq. Müstəqil çəkilən filmlərə baxın: əksəriyyəti kommersiya filmləridi, aralarında müəllif kinosu yoxdu. Bu mənada hələ ki, bizim potensialımızı, nəyə qadir olduğumuzu göstərmək üçünnazirlikdən başqadəstək verəcək ikinci təşkilat yoxdu. Kommersiya təşkilatlarının, zavod, fabrik direktorlarının diqqətini cəlb eləyənə qədər nazirlik bizə dəstək olmalıdır. Zaman keçir. Rejissorun da məhsuldar dövrü var, müdrik dövrü var. Niyə bunlar belə biganədilər?Sizi inandırım ki, çəkilən filmlərin çoxu baş aldatmaq üçündü. Onları çəkənlərə də əziyyət verirlər, canından bezdirirlər.

E.A: Rejissorlardan biri müsahibəsində demişdi ki, daha “Azərbaycanfilm”də film çəkməyəcəm, ancaq ssenari yazacam. Yəni bizim kimiləri var ki, artıq onlarla işləmək istəmirlər.

X.A: Biz elə bilirik ki, bir müdir yalnız öz müavini üçün, katibəsi üçün zərərlidi. Amma elə deyil: o, bütün xalq üçün zərərlidi. Öz yerində olmayan adamlar bütün sahələrdə olduğu kimi kinoda daaqibətimizi naməlum istiqamətə aparır. Bu gün Azərbaycan kinosunda özünü Don Karleone hesab eləyənlər var və onların öz Mayklları var. Fikirləşirlər ki, hamı gedib onların əlini öpməlidi. Mən onlara xatırladıram ki, qardaşlar, Don Karleoneni Marlon Brando oynayıb. Siz Marlon Brando ola bilməzsiz.

E.A: Prezidentin kinonun inkişafı ilə bağlı sərəncamı var. Orda nəzərdə tutulan hansı işlər görülüb?Iki il qalıb vaxtının bitməyinə. Səkkiz ildə edilməyənləriki ildə də edilməyəcək. Boş-boş vədlər verməklə deyil, əməli iş yoxdu. Bu gün Azərbaycan kinosu o proqram əsasında inkişaf eləmirsə,deməli, heç vaxt inkişaf eləməyəcək. Elə bil ki, hər bir şey öz axarına buraxılıb.

X.A: Müxtəlif qurumlar var – Kinoprodüserlər Gildiyası, Aktyorlar Gildiyası, Rejissorlar Gildiyası, iki ittifaq. Gəlin görək, bu gün onların hansına şərait yaradılır? Nəticə də göz qabağındadı. Nə qədər ki, vəziyyət belədi, heç nə düzəlməyəcək. Bir söz də demək istəyirəm. Qoy, bəzi adamlar çalışsınlar ki, Xəyyamla Elməddin film çəkməsin. Eybi yox- çəkmərik. Azərbaycan kinosu bundan heç nə itirməyəcək. Mənim odlu-alovlu danışmağımın səbəbi başqadı -bu gün bir ingilisə, isveçliyə, ya da başqa bir əcnəbiyə bəlkə də kino lazım deyil. Çünki onların bizim qədər dünyada özünütəbliğə ehtiyacları yoxdu. Amma, məhz, Azərbaycan üçün kino çox vacib siyasətlərdən biri olmalıdı. Çünki kino yeganə incəsənət növlərindən biridir ki, məhz, azərbaycanlıların olmadığı yerlərdə də tamaşaçı toplaya bilər, öz insanını, öz təfəkkürünü, öz problemini, öz həqiqətini tanıda bilər. Bu mənada Azərbaycana kino lazımdı. Biz də gedib tamaşaçı kimi baxarıq.

E.A: Onsuz da biz oturub Mədəniyyət və Turizm nazirliyini gözləməyəcəyik. Tammetrajlı film çəkməyə imkanımız çatmasa, qısametrajlı çəkəcəyik. Müəyyən studilayar var ki, çəkiliş avadanlıqlarılazım olanda kömək eləyirlər. Onlara təşəkkürümüzü bildiririk.

XS
SM
MD
LG