Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Amazon ‘seksi burka’nı satışdan yığışdırdı


Amazon were accused of being 'racist' for selling the 'sexy Saudi burka Islamic costume' by furious customers
Amazon were accused of being 'racist' for selling the 'sexy Saudi burka Islamic costume' by furious customers

Onlayn satış nəhəngi "Amazon" "seksi Səudiyyə burkası müsəlman kostyumu" adı ilə satışa çıxardığı geyim dəstini satışdan yığışdırmalı olub.

Qısa dar dondan, baş və üz örtüyündən ibarət geyim istifadəçilərin qəzəbinə tuş gəlib. Onlar saytın rəy bölməsində onu "irqçi" və "iyrənc" adlandırıblar.

Amazonun Britaniya saytında Hellouin (bütün müqəddəslər günü) bayramı üçün maraqlı geyim ideyaları axtaran onlayn alıcılar cümə axşamı günü 18,99 funta (23 dollar) satılan bu geyim dəstini görüblər. Bu dəst üzdən başqa bədənin heç bir yerini bir o qədər də örtmür.

Buna da bax:​ İnternet ticarəti şirkəti neft şirkətini ötdü

“KARNAVAL PALTARI DEYİL”

“Bu, dini lağa qoymaqdır? Bu, zarafat deyil", deyə müştərilərdən biri məhsulun altındakı rəy bölməsində yazıb.

“Hər kimsənsə, Allahdan qorx", deyə başqa bir istifadəçi yazıb.

“Hamınız iyrənc irqçilərsiniz. Mənim mədəniyyətim sizin kostyumunuz demək deyil",başqa bir incik şəxs yazıb.

“İnsanın mədəniyyəti karnaval paltarından ibarət deyil", - deyə daha bir istifadəçi narazılığını bildirib.

Buna da bax: Kannda çimərliyə çadrada girmək qadağan olunub

Britaniya "Amazon"u "təhqiramiz" burka kostyumunu saytdan yığışdırıb və "bu məhsul artıq satışda yoxdur" qeydini yerləşdirib. Şirkət satıcıları "satış qaydalarına əməl etməyə" çağırıb. Sayt həm də qaydaları pozanları cəza tədbirləri, o cümlədən "hesablarının ləğvi" ilə hədələyib. Ancaq onlayn satış şirkəti geyimin qadın versiyasını satışdan yığışdırsa da, kişi versiyası saytda qalıb. Üstəlik, bu geyimi nümayiş etdirən modelin üzü "görüntü"nü tamamlamaqdan ötrü qəhvəyi rəngə boyanıb.

“LAĞA QOYMAQ DÜZGÜN DEYİL”

Uzunqol bəyaz tunika ilə kişi baş örtüyü hələ də saytdadır. Özü də, bir neçə mənfi rəy istisna olmaqla, ona verilən rəylər, əsasən, müsbətdir.

“Bu ki gülüncdür. Guya "kef üçün" başqa mədəniyyətin nümayəndəsi kimi geyinmək düzgün deyil. Xüsusən də, insanlar buna bənzər kostyumları yalnız həmin mədəniyyəti lağa qoymaq üçün alıb geyirsə”, deyə Khadijah adlı istifadəçi yazıb.

Buna da bax: İşadamı burkini geyinənlərin cərimələrini ödəyir

Bu, Hellouin kostyumlarının mübahisə obyekti olduğu ilk hal deyil.

Ötən il, ABŞ satış nəhəngi "Wal-Mart" uşaqlar üçün İsrail əsgərinin uniformasını və süni "ərəb şeyxi" burnunu satışa çıxardığına görə alıcıların ciddi qəzəbinə tuş gəlmişdi.

XS
SM
MD
LG