Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

'Prokuror qarşısında boynunu bükən, 'makler-vəkil'lərlə kimsənin işi yoxdur'


İntiqam Əliyev: Məqsəd vicdanlı vəkilləri çəkindirməkdir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

İntiqam Əliyev: Məqsəd vicdanlı vəkilləri çəkindirməkdir [video]

Siyasi işlərə çıxan vəkillərin özlərinin vəkilə ehtiyacı yaranıb. O vəkillər ki, Nardaran işində, eksprezident Heydər Əliyevin heykəlinə "Qul Bayramı" yazan gənclər, satirik şair Tofiq Həsənli, Meydan TV və digər işlərdə müdafiəçi olublar.

Yeni "vəkillər işi" açılıb?

Məsələn, son iki gündə vəkillər Fariz NamazlıElçin Sadıqov polisə çağrılıblar. Fariz Namazlıdan məhkəmə salonunda bir qadını vurması ilə bağlı şikayət var. Elçin Sadıqovsa bildirir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hədələnib, ardınca da internet mediası üzərindən onunla bağlı şantaj məzmunlu xəbər, şəxsi ailə fotoları yayılıb. Elçin Sadıqovun qardaşı da polisə dəvət olunub.

Buna da bax:​ Vəkilin qardaşı polisə çağrılıb

Elçin Sadıqov deyir ki, siyasi işlərə çıxan digər vəkillər kimi o da müxtəlif təqib və hədələrlə üzləşib:

"Bu, müəyyən təxribatlardan tutmuş, vəkillər kollegiyasında əsassız iltizam icraatlarına qədər davam edib. Bu ilsə jurnalist Fikrət Fərəməzoğlunun işini götürəndən, eyni zamanda həm Nardaran işində, həm heykələ şüar yazan gənclərlə bağlı işgəncə faktlarını ictimailəşdirəndən sonra mənə qarşı təqiblər artıb. Qiyas İbrahimov son sözünü dediyi günün axşamı mənim Facebook hesabıma və e-mailimə kəskin hücumlar olub. Ardınca Fərəməzoğlunun cinayət işinin materiallarını götürməkdən ötrü "bandotdel"ə gedəndə işi aparan müstəntiq məni hədələdi. İşin hallarını ictimailəşdirdiyim üçün mənim və Fərəməzoğlunun həyat yoldaşının başı ağrıyacağını bildirirdi".

Buna da bax: Elçin Sadıqov son hadisələrdən danışır [video]

Elçin Sadıqov: 'Təqiblər vəkillik fəaliyyətimə görədir'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

"Əvvəllər də belə şeylər olub..."

Tanınmış hüquqşünaslar Ənnağı Hacıbəyli İntiqam Əliyev vəkilliyə qəbul olunmur, Xaliq Bağırov, Əlayif Həsənov, Elçin Namazov və digərlərinin vəkillik fəaliyyətlərinə xitam verilib. Bu vəkillər də siyasi işlərdə müdafiə tərəfi olub. Fariz Namazlı da adı siyasi məhbus siyahısında keçən bir neçə şəxsi müdafiə edir. Deyir ki, öncələr də ona qarşı hədələr olub:

"Jurnalist Xədicə İsmayılın, hüquqşünas İntiqam Əliyevin də işlərinə çıxdığım vaxt mənə qarşı hədələr olub. Amma məhkəmə zalında baş verən hadisə qeyri-siyasi bir iş idi. Bu ilk hadisədir ki, qeyri-siyasi işdə sırf peşə fəaliyyətimlə bağlı mənə qarşı təzyiq təhqirlər olub".

Buna da bax:​ Vəkil polisə çağrılıb, onun məhkəmə zalında bir qadını döydüyü iddia olunur...

Vəkillərə qarşı baş verənlərin arxasında nə dayanır?

Vəkilliyə qəbul olunmama, vəkillik fəaliyyətinə xitam vermə, vəkillərin hədələnməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi.. Bunlar 2010-cu ildən bəri vəkillərlə bağlı xəbərlərin xülasəsidir. Hüquqşünas İntiqam Əliyev düşünür ki, bütün bunların arxasında bir məqsəd var. Siyasi sifarişlə həbs olunanları müdafiəsiz qoymaq:

"İctimaiyyət vəkillər sayəsində istintaq təcridxanalarında, həbsxanalarda baş verən dəhşətli işgəncə faktları, hüquq pozuntuları haqda məlumatlar əldə edirlər. Siyasi baxışlarına görə həbs olunanlara qarşı işgəncə halları haqda məlumatlar dünyaya yayılır. Onlar bu prosesdə insanlar haqlarını müdafiə edirlər və hakimiyyətə bu sərf etmir. Ona görə də hakimiyyət bu cür vəkilləri cəzalandırır. Əvvəllər Vəkillər Kollegiyasına çağırıb, cəzalandırırdılar. İndi polis idarəsinə "bandotdel"ə çağırıb hədə-qorxu gəlirlər. Bu təzə bir formatdır".

İntiqam Əliyev əlavə edir ki, hədəf siyasi proseslərə çıxan, vicdanlı vəkillərdir, prokurorun qarşısında boynunu bükən, hakimlərlə necə deyərlər, maklerlik edən vəkillərlə kimsənin işi yoxdur.

Buna da bax:​ Vəkilin şəxsi fotolarının yayılması nə deməkdir?

2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının prezidenti olan Anne Brasseur Xaliq Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsini vətəndaş cəmiyyəti fəallarını müdafiə edən müstəqil vəkillərə açıq təzyiq kimi qiymətləndirmişdi.

Bu heç inandırıcı deyil.., boş söhbətlərdir"

Azərbaycan Vəkillər Kollegiyası isə bu iradlarla razılaşmır. Kollegiyanın sədr müavini Aydin Axundov hesab edir ki, Azərbaycanda vəkillər hər hansı təqiblərlə üzləşmir:

"Biz ancaq faktları yazıb göndəririk məhkəməyə. Məhkəmə qərar verir vəkillik fəaliyyətinə xitam verilə bilər, ya yox. O ki, qaldı vəkillərə qarşı təqiblərlə bağlı fikirlərə. Mən ümumiyyətlə, təqib sözünü oxuyanda təəccüblənirəm. Guya hansısa vəkili hansısa idarəyə çağırıb, təqib edirlər. Bu heç inandırıcı deyil. Mənim fikrimcə, boş söhbətlərdir".

Buna da bax: ​Vəkilin kibercinayətkarlıqla bağlı şikayəti

Vəkillərlə bağlı işlərin bəzisi Avropa məhkəməsinin icraatındadır. Həmin işlərdən biri də Xaliq Bağırovun işidir. O, vəkilliyinə xitam verilən vaxt hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, Real Hərəkatının sərdi İlqar Məmmədov və digər siyasi işlərdə müdafiəçi idi. Avropa Məhkəməsi onun ərizəsini daxili məhkəmə instansiyaları tükənmədən qəbul edib və növbədənkənar baxıb. Yaxınlarda qərar çıxaracağı gözlənilir.

Azadlıq A-live verlişini tam burdan izləyin.

Azərbaycanda vəkillərin də vəkilə ehtiyacı yaranır
Gözlə

No media source currently available

0:00 0:15:18 0:00

XS
SM
MD
LG