Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:40

İstanbulda terroda həlak olanların sayı 38-ə çatıb


İstanbulda partlayış- 13 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Dekabrın 10-da İstanbulun mərkəzində - Beşiktaş səmtində baş verən iki terror nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Onlardan 30-u polis, 7-si dinc sakindir. 155 yaralı var. Onlardan 14-nün durumu ağırdır.

Bu haqda dekabrın 11-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir terrori kimin törətməsini dəqiq deməsə də, şübhələrin PKK (Kürd Fəhlə Partiyası) üzərində cəmləşdiyini bildirib.

Partlayışlar Vodofone Arenanın qarşısında və Maçka Parkında baş verib. Terrorla bağlı 10 nəfər saxlanılıb.

Bu haqda Türkiyənin daxili işlər naziri Süleyman Soylu və baş nazirin müavini Numan Kurtulmuş məlumat verib.

***

Partlayış yerli vaxtla saat 22. 29 radələrində, Beşiktaş-Bursaspor matçı bitəndən- azarkeşlər stadiondançıxandan sonra baş verib. Hədəf seçilən çevik polislər olub.Birinci partlayışı polislərin olduğu yerdə bomba dolu maşınla törədilib. İkinci partlayış 45 saniyə sonra Maçka parkında, yeni polislərin olduğu ərazidə Bu dəfə özünü partladan intiharçı olub.

Reuters agentliyi polisə istinadən yazır ki, partlayışda 13 nəfər ölüb. NTV kanalı 38 nəfərin yaralandığını xəbərləyir.

***

Dekabrın 10-da axşam saatlarında "Beşiktaş Vodafone Arena" yaxınlığında partlayış olub. Partlayış Beşiktaş-Bursaspor maçı bitəndən sonra olub. Hürriyet qəzeti yazır ki, hücum polisləri hədəfləyib. Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib ki, 20-yə yaxın yaralı var.

Reuters agentliyinə danışan şahid deyir ki, Arenanın kənarında 2 dəfə partlama səsi eşidib. Reutersin fotoqrafısa deyir ki, çoxsayda yaralı polis var.

Yaxınlıqdakı məsciddə təmizlikçi işləyən Ömər Yılmaz deyir:

"Mən məscidin həyətində çay içirdim. Birdən alov göyə qalxdı. Cəhənnəm kimi idi. Buradakı insanlar masaların altına gizləndilər"

Türkiyədə bu il bir neçə dəfə partlayışlar olub. Partlayışlarda əsasən PKK silahlıları və «İslam Dövləti» silahlı qruplaşması da ittiham olunub.

İstanbul
İstanbul

XS
SM
MD
LG