Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:01

Əli Kərimli: ‘Bəs, bunlar deyirdi, pul yoxdur?..’


Vergilər nazirliyinin yeni binası
Vergilər nazirliyinin yeni binası

“Dünən (dekabrın 21-i) yanından keçəndə gördüm. Vergilər nazirliyinin yeni binasının üzərində gecə-gündüz iş gedir. Bina da nə bina? Nadir və bahalı arxitektura, 33 mərtəbəli, hündürlüyü 169 metr”...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə yazıb.

Siyasətçi diqqəti ölkədəki maliyyə durumuna çəkib. O, hökumətin xərcləmələri ilə real durumu müqayisə edib. Rəsmi açıqlamalar arasında uçurum olmasına işarə edib.

Buna da bax:​ Vergilər Nazirliyi üçün yeni dəbdəbəli bina- FOTOLAR

“Bəs, bunlar demirdi, “pul yoxdur, kasıb yaşamağa öyrəşin”? Deməli, söhbət iki fərqli Azərbaycandan gedir. Bizim Azərbaycanda büdcəni doldurmaq üçün hətta pinəçilərdən də ayda 5 manat vergi alır, qabaqlarına çıxan hər kəsi bir bəhanə ilə cərimələyirlər. Səhiyyə, sosial təminat xərclərindən kəsirlər, şağirdlərin sınaq imtahanlarını da pullu edirlər”, deyə vurğulayan AXCP sədri hökumətə aid xəyali Azərbaycanın isə tam fərqli olduğunu qeyd edir.

“Onların Azərbaycanında isə heç bir böhran hiss olunmur. Vergilər Nazirliyi üçün tikilən binanın yalnız dəmir-beton, polad və xarici üzlənməsinə 150 milyon manat xərclənəcəyi bildirilir”, AXCP sədri bildirib.

Azərbaycan hökuməti isə böhran başlanandan sonra bildirimişdi ki, "prioritet layihələr" başa çatdırılacaq.

SOCAR və Vergilər Nazirliyinin yeni binalarının tikilməsini də belə prioritet layihələrə aid edir.

XATIRLATMA

Vergilər Nazirliyinin yeni binasını Türkiyənin “Tekfen İnşaat” şirkəti tikir.

Buna da bax: 'Neftdən gələn 150 milyard dollar düzgün istifadə olunsaydı...'

İndiyədək bina tikintisi ilə bağlı 5-dən artıq müqavilənin bağlanması haqda ictimaiyyətə bilgi verilib.

Bu il Vergilər Nazirliyi “Tekfen” ilə 94 milyon ABŞ dolları dəyərində müqavilə bağladığını bildirmişdi.

2015-ci ildə isə sözügedən inzibati binanın tikintisi ilə bağlı «Renaissance Construction Azerbaijan» şirkəti ilə 132 milyon 121 min 681 manat 90 qəpik dəyərində müqavilə imzaladığını açıqlamışdı.

Buna da bax:​ Vergilər nazirliyinin yeni binası: milyonlar, milyonlar, milyonlar...

Ondan əvvəllər isə binanın tikintisi ilə əlaqəli 2013-cü ildə «Aikon Cpit» MMC ilə 20 milyon 796 min 670 manat, 2014-2015-ci illərdə də «Renaissance Construction Azerbaijan» MMC ilə 18 milyon 499 min 719 manat və 132 milyon 121 min 681 manat məbləğində müqavilələr bağlanıb.

Vergilər Nazirliyi daha əvvəl 2012-ci ildə «Renaissance Construction Azerbaijan» MMC ilə layihələndirmə işlərinin təşkilinə, gerçəkləşdirilməsinə 686 min 330 manat 45 qəpiklik, mühəndis-axtarış işlərinin həyata keçirilməsinə görə də, 3 milyon 812 min 946 manat 94 qəpik dəyərində iki müqavilə bağlayıb.

Buna da bax: 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'

Həmçinin, Vergilər Nazirliyi ötən ay “ILF Beretende İngenieure GmbH” Avstriya-Almaniya şirkəti ilə yeni inzibati binasının tikintisinə texniki nəzarət üzrə məsləhətçi müqaviləsi imzaladığını açıqlamışdı. Həmin sazişin qiyməti isə 1 milyon 699 min 200 manat idi.

XS
SM
MD
LG