Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:40

Bloqqer bacılarının polisdə incidildiyini deyir [yenilənib]


Orduxan Temirxan
Orduxan Temirxan

Fevralın 18-də Hollandiyada yaşayan bloqqer, siyasi mühacir Orduxan Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar. Bu haqda bloqqer özü sosial şəbəkələrdə məlumat yayıb.

ZƏNG GƏLƏN NÖMRƏYƏ ZƏNG ÇATMIR

Orduxan Teymurxan bildirib ki, ona zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. Adını açıqlanmayan polis əməkdaşı O.Teymurxana "Sən kişi olsaydın, bacılarını bura gətirməzdik" deyib və onu hədələyib. Bloqqer bildirir ki, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlərinə görə incidilir. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsindən

Orduxan Temirxan
Orduxan Temirxan

AzadlıqRadiosuna bu haqda onlarda hər hansı məlumat olmadığını deyiblər. Sosial şəbəkələrdə Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənovun bloqqerə zəng etdiyi telefonun nömrəsi də paylaşılıb. Ancaq həmin nömrəyə artıq zəng çatmır. Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov 2003-cü ildə "İgidliyə görə" medalı ilə təltif olunub.

“ŞÜURLU SİYASƏTDİR

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, Orduxan Teymurxanın bacılarına qarşı törədilən bu əməl polis əməkdaşının özfəaliyyəti də deyil:

"AXCP Şəki şöbəsinin keçmiş sədri Rauf Əbdürrahmanlının bacısı 2 ay imiş ki, hədələnirmiş (qardaşından gizlədirmiş). Neçə gün idi ki, polislər Rauf bəyin ata evində oturub, onun gəlməsini tələb edirdilər. Davamlı təzyiqlər sonda Rauf bəyin bacısını intihar etmək həddinə çatdırıb. Yalnız oğlunun məktəbdən tez gəlməsi qadını ölümdən qurtarıb. Bəli, siyasi fəallara ailələri vasitəsilə təzyiq etmək hakimiyyətin şüurlu siyasətidir".

Ə.Kərimli hakimiyyətdən bu cür siyasətə son qoymağı tələb edib. Hakimiyyət təmsilçiləri konkret bu halla bağlı, hələlik, şərh verməyiblər. Amma bir qayda olaraq, ölkədə heç kəsin siyasi baxışına görə incidilmədiyi, bütün təməl insan hüquq və azadlıqlarının təmin olunduğu bildirilir, beynəlxalq qurumların tənqidləri isə rədd olunur.

* * *

Bloqqer Orduxan Temirxan bildirir ki, qardaşlarından biri polisdən buraxılıb

Fevralın 20-də günün sonunda məlum olub ki, bloqqerin qardaşlarından biri polisdən buraxılıb. Daha bir qardaşı və bacısı oğlu isə, hələ də buraxılmayıb. Orduxan Temirxanın AzadlıqRadiosu-na bildirməsinə görə, qardaşına və bacısı oğluna 30 sutka inzibati həbs verilib. Onlar polisə müqavimətdə günahlandırılıblar.

Berlindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

XS
SM
MD
LG