Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:47

'Kəlağayı' kitab oldu


'Kəlağayı' kitabı.
'Kəlağayı' kitabı.

Azərbaycan Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimatı keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kitab Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə işıq üzü görüb. Təqdimetmə mərasimində bu unikal sənət növünün tarixini və Azərbaycan xalqına məxsusluğunu əks etdirən video-çarx nümayiş olunub.

Buna da bax:​ ‘Arşın mal alan’ın 100 illiyinə həsr olunmuş kitab, axır ki, çap olundu

Çıxışçılar kəlağayını Azərbaycan mədəniyyətinin müstəsna və unikal qatı kimi xarakterizə ediblər.

Kitabın müəllifləri Rəna İbrahimbəyova, Cəlil TarverdiyevZəhra Müller Tarıverdidir.

İlk dəfə olaraq oxuculara kəlağayının konsepsiyası, qəliblərin-forma və ştampların sistemləşdirilmiş kataloqu təqdim edilir.

Buna da bax: «Azərbaycan xalçası ensiklopediyası» çapdan çıxıb

Müəlliflər kəlağayı istehsalı və bu sənətin öyrənilməsi sahəsində topladıqları bilik və təcrübəni bu kitab vasitəsilə oxucularla bölüşürlər. Kəlağayı 2014-cü il UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

XS
SM
MD
LG