Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:25

'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'


Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov
Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş, general Elçin Quliyev, onun tabeliyində işləmiş Azər Mehdiyevin cinayət işindəki zərərçəkənlər keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu tələb edir.

“NAZİRİN DİNDİRİLMƏSİ VACİBDİR”

"Biz Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşlar MTN-ə nazir və nazir müavinlərinin göstərişi əsasında çağrılıb. Yəni bu, onların səlahiyyəti çərçivəsində olub. Buna görə də nazirin dindirilməsi vacibdir. O, gəlib burada cavab verməlidir", – zərərçəkmiş Maqsud Mahmudovun sözləridir.

Buna da bax:​ 'MTN işi': 'Razılaşdıq ki, özlərinə və ailə üzvlərinə tur-paketlər verim'

O, iyunun 23-də məhkəmədə bu məsələni qaldırıb. Elçin Quliyev və işçisinin mühakiməsi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.

Zərərçəkən Maqsud Mahmudov bu hadisələri "şou" adlandırıb. Deyir ki, məsələlərə aydınıq gəlməsi üçün mütləq Eldar Mahmudov dindirilməlidir.

Məhkəmədə öncə MTN-nin sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib. O, Xəzər Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Heydər Ələkbərovun nazirliyə gətirilməsindən danışıb. Bildirib ki, bu, Antiterror Mərkəzinin rəis müavini, həbs olunandan sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyevin göstərişi ilə baş verib. Qalan məsələlərdən xəbəri yoxdur.

Buna da bax: Tağı Əhmədov: 'Pulumu geri istəyirəm' [yenilənib]

“300 MİN MANATA RAZILAŞDILAR”

Zərərçəkmiş Heydər Ələkbərov keçmiş MTN-çi olan şahidə etiraz edib: "Mənim boynuma şər atıblar. Kamil Şükürovu qonşu otaqda saxlayıblar, üzümə durmağa məcbur ediblər. Məni otaqda olanlar sıxırdılar. Bu şahid sonradan təcrübəli əməkdaş kimi otağa gəldi. Ona dedim ki, məni bura kim çağırıb, məni rəhbərinizlə görüşdürün. Sonra məni İlqar Əliyevin otağına apardılar".

Ələkbər Heydərov, başqa bir zərərçəkən Mətləb Mustafayev də Eldar Mahmudovun əlavə şahid qismində dindirilməsi haqda vəsatəti müdafiə edib.

Amma bu vəsatət sonradan müzakirə edilməyib.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]

Ələkbər Heydərovun oğlu Aydın da məhkəmədə ifadə verib. O bildirib ki, atası MTN əməkdaşları tərəfindən saxlanılandan sonra İlqar Əliyev ondan 500 min manat tələb edib:

"Sonra 300 min manata razılaşdılar. Pulun bir hissəsini dostumdan və əmimdən borc aldıq. Pulun toplanmasında iştirak etsəm də, MTN-də kimə verilməsindən xəbərim olmayıb".

“HAMI İLQAR ƏLİYEVİN ADINI ÇƏKİR”

İlqar Əliyevin adının bu məhkəmə prosesində tez-tez hallanmasına zərərçəkmiş Maqsud Mahmudovun reaksiyası belə olub: "Burada hamı İlqar Əliyevin adını çəkir. Onda Elçin Quliyev həmin idarədə nə işləyib? Buna aydınlıq hə gətirilsin".

Buna da bax: MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'

Digər zərərçəkmiş Mətləb Mustafayev isə MTN polkovniki İlqar Əliyevin 2016-cı ilin dekabrında ifadə verdikdən 5 gün sonra intihar etdiyini xatırladaraq, həmin ifadənin elan olunmasını istəyib. Hakim o ifadənin sənədlərin tədqiqi mərhələsində elan olunacağını deyib.

Zərərçəkmiş Xalıq Sadıqov isə ondan hədə-qorxu ilə pul alınmasında MTN əməkdaşı Ayaz Gərayzadənin rolu olduğunu bildirərək, onun dindirilməsi haqda vəsatət qaldırıb. Amma məlum olub ki, onun haqqında həbsli axtarış qərarı çıxarılıb.

Elçin Quliyev və işçisinin məhkəməsi iyulun 7-də davam edəcək.

Buna da bax:​ Eldar Mahmudovun qohumundan 10 milyon alındı

MTN 2015-ci ilin sonunda ləğv edilib. Nazirliyin bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. MTN-nin bir sıra yüksəkrütbəli rəsmiləri mənimsəmə, qulluq səlahiyyətini aşma və digər ağır cinayətlərdə ittiham ediliblər.

XS
SM
MD
LG