Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]


Həbsxanalarda işgəncə yoxsa, intizama dəvət?
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Həbsxanalarda işgəncə yoxsa, intizama dəvət? [A-Live]

Nardaran məhbusları ilə həbsxanada pis rəftar olunurmu? Həmin məhbuslardan biri olan Abbas Hüseynov çarmıxa çəkilibmi?

Abbas Hüseynovun anası Rəhimə Hüseynova "bəli" deyiri. O, AzadlıqRadiosu-na bildirib ki, oğlunu Qobustan qapalı həbsxanasında iyulun 22-də o qədər döyüblər ki, gözləri görmür:

Abbas Hüseynov
Abbas Hüseynov

"Qızmar günün altında üç saat dəmirə bağlayıb. Başına o qədər dubinka vurublar ki, gözləri çirk edib, görmür. 25 gündür ki, ondan nə zəng gəlir, nə də görüş verilmir".

Buna da bax: Vəkil: 'Abbas Hüseynov çətinliklə yeriyir...'

Onun sözlərinə görə, hadisə ilə bağlı Qırmızı Xaç cəmiyyətinə də müraciət ediblər.

Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, Abbas Hüseynov başqa bir «Nardaran məhbusu» Cabbar Cabbarovun da əllərini arxadan qandallayaraq onları yerdə üzü üstə sürüyüblər. Buna etiraz etdiyinə görə, cərimə kamerasına ("kars") salınıb.

Amma Ədliyyə Nazirliyinin Penitensiar xidmətin şöbə müdiri Mehman Sadıqov bununla razılaşmır, deyir ki, Azərbaycan həbsxanalarında pis rəftar yoxdur:

Mehman Sadıqov
Mehman Sadıqov

“Həm cəzaçəkmə müəssisəsində, həm istintaq təcridxanasında qanunla təsbit olunmuş cəzanın çəkilməsi və saxlama qaydaları var. İstəsə də, istəməsə də hamının borcudur ki, həmin qaydalara riayət olunsun. Kimsə bundan bu qaydalardan kənara çıxırsa, bu (onun qaydalara əməl etməyə məcbur edilməsi) artıq pis rəftar deyil, qanunun tələblərinin gözlənməsi deməkdir”.

Buna da bax: Polis dindarların aksiyasına mane olub

Mehman Sadıqov açıqlamır ki, Abbas Hüseynov hansı qanun və qaydanı pozub, bildirir ki, o və ya vəkilləri şikayət verərsə, araşdırılacaq.

Vəkil Fariz Namazlı isə deyir ki, həbsxanalarda işgəncələr və pis rəftarla bağlı məlumatlar əsasən qapalıdır, yerli hüquq müdafiəçilərinin faktiki olaraq həbsxanaya daxil olub, adamlarla danışmaq imkanı yoxdur.

Beynəlxalq təşkilatlardan yalnız Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi və Qırmızı Xaç Cəmiyyəti həbsxanalara daxil ola bilir, Komitə hesabatlarını hökumətlə razılaşdırdıqdan sonra açıqlayır, Qırmızı Xaç isə nəticələri yalnız hökumətlə müzakirə edirlər:

Buna da bax: Nardaran məhbusu Qobustan həbsxanasını məhkəməyə Verdi

Yaxın vaxtlarda ölkəyə Avropa Şurasından nümayəndələr gəlmişdi. Taleh Bağırov mətbuat vasitəsilə çağırış etsə də, nümayəndələr onunla görüşmədilər. Ümumilikdə dindarlar bağlı kampaniyalar zəif aparılır.

Azərbaycan rəsmiləri həbsxanalar və müvəqqəti saxlama yerlərində işgəncə iddiaları rədd etsə də beynəlxalq təşkilatların hesabatların da rəsmi Bakı bu cür işgəncələrə görə tez-tez tənqid edilir.

Giorgi Gogia
Giorgi Gogia

“Human Rights Watch” Beynəlxalq İnsan Haqları təşkilatının proqram direktoru Giorgi Gogia AzadlıqRadiosu-na müsahibəsində deyir ki, həbsxanalarda pis rəftar və işgəncə davam edir və cəzasız qalır. Onun sözlərinə görə, hazırda məlumatı vəkillərdən və məhbusların qohumlarından alırlar.

Buna da bax: Abbas Hüseynovun anası: ‘Neftin pulunu yeyiblər. Biz nə yemişik?’

“Biz çox narahatıq ki, Azərbaycan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir və polis idarələri, həbsxanalarındakı işgəncələri törədənləri cəzasız qoyur”, – Gogia açıqlamasında bildirir.

XS
SM
MD
LG