Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:58

Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)


Cəmil Həsənli hökuməti yalan vəd verməkdə suçlayır (3-cü video)
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Cəmil Həsənli hökuməti yalan vəd verməkdə suçlayır. Polisin məlumatı

Ən yeni xəbərlər yazının əvvəlinə yerləşdirilir. Mitinqdən canlı yayıma Facebook səhifəmizdə baxa bilərsiz.

BAKI POLİSİ: “MİTİNQƏ 1200 NƏFƏR GƏLİB”

Bakı şəhər Baş Polis İdarəsi Milli Şurasının aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda şəhər rəhbərliyi ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı polisinin bildirməsinə görə, aksiyada ümumilikdə 1200 nəfər şəxs iştirak edib.

Məlumatda sonda da bildirir ki,aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Ancaq təşkilatçılar bildirirlər ki, Bakı polisi aksiyaya gələnlərin sayını bilərəkdən dəfələrlə kiçildib. Onlar deyirlər ki, aksiyaya deyilən rəqəmdən dəfələrlə çox etirazçı qatılıb.

ƏLİ KƏRİMLİ: "HÖKUMƏTİN BUGÜNKÜ SİYASƏTİ TƏHLÜKƏLİDİR”

“Azərbaycan hökuməti gənclərdən qorxur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri mitinqdəki çıxışına belə başlayıb.

O, bundan evvəlki mitinq ərəfəsində saxlanan, inzibati qaydada həbs edilən cəbhəçilərdən danışıb.

“Bizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdəçıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər. Amma bundan əvvəllər də onlarla parlaq azərbaycanlı gənclərini həbsə doldurublar. Biz bütün Azərbaycan gənclyinə azadlıq istəyirik”.

Əli Kərimlinin Milli Şuranın mitinqindəki çıxışından sitat
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Əli Kərimli bildirib ki, hökumətinəsas hədəfi təşkilatçılardır.

“Etiraz edənlərin qarşısını heçnə ilə ala bilməzlər. Elin güçü selin gücüdür. Bizim təşkilatçılar da qorxmazdır, onları qorxutmaq olmaz”, deyən Ə.Kərimli Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqində saxlanan gənclərin bir çoxunun sərbəst buraxıldığını, onların meydanda olduğunu bildirib və həmin şəxsləri salamlayıb.

“Biz xalqın təpəri ilə bu ölkədə haqsız yerə həbs edilmiş hər bir kəsin azadlığına nail olacağıq. Onlar da gəlib millətə təşəkkür edəcəklər”, Ə.Kərimli bildirib. Onun sözlərinə görə, etiraza qalxan insanların əsas tələbi xalqın milyonlarını oğurlayıb, ofşor hesablara köçürənlərə dur deməkdir. O, vurğulayıb ki, körpə, əlil, qazi, ahıl malı yeyənlər, kimsəsizin son tikəsini ağzından oğrulayanlar bunun cəzasını çəkəcəklər.

Milli Şuranın mitinqinə gələnlər nəyə etiraz edir? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

​ Ə.Kərimli Azərbaycan hökumətini sərt tənqid edib.

“Hökumətin bu günkü siyasəti təhlükəlidir. Təkcə bizdən ötrü yox, bir çox başqa ölkələr üçün də təhlükəli hesab olunur. Onlar hesab edirlər ki, burdan dünyaya korrupsiya virusu yayılır. Azərbaycan üçün bu təhlükə ikiqatdır”, Ə.Kərimli bildirib.​

"BİR KLANIN HÜQUQLARINI QORUYURLAR"

Milli Şuranın aksiyasında təşkilatçılar bildirib ki, mitinq öncəsi təqribən 200-ə yaxın müxalif şəxs polisə çağırılıb. Onlardan bəzilərinə inzibati qaydada həbslər verilib.

Milli Şuranın sədri Cəmil Həsənli isə çıxışında hüquq mühafizə qurumlarının davranışlarına toxunub:

“Ölkədə vətəndaşların hüquqlarını qoruyacaq, keşiyində duracaq olan Daxcili İşlər Nazirliyi və Baş Prokurorluq konstitusion nəzarətdən çıxıb. Onlar xalqın hüquqlarını deyil, bir ailənin, bir klanın hüquqlarını qoruyurlar. Onlar dövlətin deyil, bu dövlətin varını mənimsəmiş İlham Əliyevhüquqlarını qoruyurlar”.

C.Həsənli ölkə başçısının bu günlərdə Avropa Birliyi Şurasının təmsilçiləri ilə görüşündə dilə gətirdiyi fikirlərə də toxunub.

“İlham Əliyev Avropa Birliyi təmsilçiləri ilə görüşündə elan etdi ki, bütün Azərbaycanı dolaşsanız polis zorakılığı ilə rastlaşa bilməzsiniz. Mən bilmirəm ki, bu sözü deyən adama nə ad vermək olar”, C.Həsənli qeyd edib.

O prezidentin müxalifətin aksiyalarına az adamın gəlməsi haqda dediklərinə də münasibət bildirib:

“İlham Əliyev deyir ki, Azərbaycanda sərbəsttoplaşmaq azadlığı təmin edilir.Onun deməsinə görə, bu mitinqlər adi, normal admları cəlb etmir. Görün bunlar xalqa necə baxır. Çünki o xalqın səsi ilə seçilməyib. Onun hədəfləri millətin haqqı və hüquqi deyil. ”

C.Həsənli vurğulayıb ki, İlham Əliyevi yalnız öz ailəsinin, klanının mənafeyi düşündürür:

“Əgər belə olmasaydı, ölkənin ən gəlirli sahələrini öz ailə üzvləri arasında bölüşdürməzdi. Bu, biznesmen bir hökumət yaradıb. Ölkənin bütün biznes strukturu ailənin maraqlarına tabe edilib. Kim daha çox rüşvət yığa bilirsə, hansı nazir ölkəni daha yaxşı talaya bilirsə, ona daha çox səlahiyyətlər verilir”, o, deyib.

MİTİNQ BAŞLANDI

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, Milli Şuranin mitinqi başlayıb.

Aparıcı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Vahid Məhərrəmlidir.

Aksiyanın əsas şüarı "Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!"-dır.

Mitinq başlandı. 7 oktyabr
Mitinq başlandı. 7 oktyabr

İNTERNET ZƏİFDİ

Müxalifətin bundan əvvəlki mitinqləri internet üzərindən canlı yayımlanıb.

Ancaq bu gün, oktyabrın 7-si mitinq keçirilən ərazidə internetin zəif olması səbəbindən aksiyanın sosial şəbəkələr üzərindən yayımı çətinləşib.

AXCP 5 ÜZVÜNÜN SAXLANDIĞINI DEYİR

"Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki, hökumət xalqın 300 milyonun xərcləyib kosmosa peyk buraxnda iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrünəzərdə tutulur".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nuraəddin Məmmədli mitinq öncəsi belə deyib.

AXCP təmsilçisi Nurəddin Məmmədli: 5 üzvümüz saxlanıb (SİTAT)
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

O, digər rabitə vasitələrinin işləməsində də eyni problemlərin yaşandığını ifadə edib.

"Bu gün mitinq qorxusu hakimiyyəti elə duruma çatdırıb ki, faktiki olaraq hazırda internetdən istifadə mümkün deyil. Eyni zamanda müxtəlif rayonlarda hüquq mühafizə qurumlarının mitinqə getmək istəyənlərə basqıları olub. Ancaq ədalət naminə qeyd etmək istərdim ki, bu dəfə əvvəlkindən fərqli olaraq, müxalifətçilərə daha yumşaq davranırlar".

N.Məmmədlinin bildirdiyinə görə, bu mitinq öncəsi cəmi 5 cəbhəçi saxlanıb. O. qeyd edib ki, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.

AXCP Ali Məclisinin sədri aksiyadan sonra təzyiq faktlarının toplanacağını, müvafiq hesabatların hazırlanıb, yayılacağını bildirib.

Nürəddin MəmmədlininAXCP-nin 5 üzvinin saxlanması haqda dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP bundan əvvəlki mitinq ərəfəsində isə partiyanın 50-dən çox fəalının polisə çağırıldığını açıqlamışdı.Onlardan 7 nəfərə inzibati həbslər verildiyi bildirilmişdi.

MÜSAVATÇININ BASQILARA MƏRUZ QALDIĞI DEYİLİR

Milli Şuranın bu gün, oktyabrın 7-də keçirəcəyi mitinqdən öncə Müsavat Partiyasının rayon fəallarının basqılara məruz qaldığı bildirilir.

Bu haqda partiyanın məlumatında yazılıb.

Milli Şura mitinqə hazırlaşır. 7 oktyabr 2017
Milli Şura mitinqə hazırlaşır. 7 oktyabr 2017

Milli Şura mitinqə hazırlaşır. 7 oktyabr 2017
Milli Şura mitinqə hazırlaşır. 7 oktyabr 2017

Məlumatda vurğulanır ki, Müsavat Partiyası başqanın müşaviri Ramazan Əliyev Xaçmaz rayon Polis Şöbəsinin aparılıb. Onun Milli Şuranın mitinqi ilə bağlı sorğu-sual edildiyi deyilir.Ramazan Əliyevin bildirməsinə görə, ona deyiblər ki,mitinqındə Xaçmaz rayonundan heç kimin iştirak etməsini istəmirlər.

Müsavat Partiyasının Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmlinində şəhər polis idarəsinə çağırıldığı açıqlanıb.

Verilən məlumata görə, oktyabrın 7-də Mingəçevir Şəhər Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı onu idarəyə dəvət edib. Nurəddin Rüstəmlinin mitinqlə bağlı sorğu sual edildiyi deyilir.

Müsavat partiyasından yayılan bu məlumatlara, hələlik, sözü gedən polis idarələrindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

MİLLİ ŞURA MİTİNQ KEÇİRİR

Bu gün, oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirir. Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Təşkilatçıların bildirməsinə görə, aksiya əsasən “Talana yox” şüarı ilə keçirilir.

Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da bir çox fəalların pois iadarəsinə çağırılması ilə bağlı məlumatlar var. Polisdə dindirildiyini söyləyən fəalların bildirməsinə görə, onlardan mitinqə gedib-getməyəcəkləri və ailə üzvləri ilə bağlı məlumatlar soruşulub.

Hərçənd, belə məlumatları Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

​Milli Şura mitinq qərarını, hələ, sentyabr ayınınəvvəlində verib. Sentyabrın 23-də Milli Şuranın “Talana yox” şüarı ilə mitinqi keçirilib.

Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı MilliŞura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.

XS
SM
MD
LG