Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:31

Jurnalistə səyahət qadağasını qaldırmağa çağırırlar


Ole von Uexkull (sağda) mükafatın qaliblərin açıqlanma mərasimində, 26 sentyabr, 2017-ci il
Ole von Uexkull (sağda) mükafatın qaliblərin açıqlanma mərasimində, 26 sentyabr, 2017-ci il

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Stokholmda “Dürüst Həyat” (“Right Livelihood”) mükafatını almaqdan ötrü ölkəni tərk edə bilmir. Azərbaycan prezidenti Brüsseldə olduğu vaxtda jurnalistə səyahət qadağasını qaldırmaq çağırışları da artıb. Bu haqda “Deutche Welle” yazır.

“Dürüst Həyat” Mükafatı Fondunun rəhbəri Ole von Uexkull cümə günü verdiyi bəyanatda səyahət qadağasının qaldırılmasına çağırır. Mükafatın təqdimetmə mərasimi dekabrın 1-də Stokholmdakı Vasa muzeyində olacaq.

“Avropa Şurası üzvlərini Xədicə İsmayılovaya səyahət qadağasının qaldırılması, onun bank hesabının açılması, ona və azərbaycanlı jurnalist həmkarlarına heç bir qorxu olmayan mühitdə əngəlsiz çalışmağa imkan yaradılmasından ötrü açıq bəyanatlar verməyə çağırırıq”, – von Uexkull bəyanatında deyib.

*** Buna da bax: Xədicə İsmayıla 'Maqnitski' mükafatı

“İsmayılova ən cəsarətli və bacarıqlı araşdırmaçı jurnalistlərdən biridir”, – o, sözlərinə əlavə edib.

Prezident İlham Əliyev cümə günü Avropa Birliyinin Şərq Tərəfdaşlığı Sammitində iştirak edir.

Sərhədsiz Reportyorlar (RSF) və 36 digər insan haqları təşkilatı noyabrın 23-də AB liderlərinə açıq məktub yazaraq onları Azərbaycanda jurnalistlər və müxalifət qruplarına təzyiqləri bitirməkdən ötrü təzyiq göstərməyə çağırıblar.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

*** Buna da bax: 37 təşkilatın AB-dən Azərbaycan istəyi

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilirdi. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

X.İsmayıl həbsdən çıxdıqdan sonra jurnalist araşdırmalarına görə, bir neçə nüfuzlu mükafata layiq görülüb.

Sentyabrda o, iki nüfuzlu mükafat alıb. Sentyabrın 26-da X.İsmayıl «Nobel mükafatına alternativ» - «Dürüst Həyat» (Right Livelihood) laureatı adını qazanmışdı.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi «Allard» mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.

Jurnalistin bank hesabı noyabrın 14-də dondurulub.

Azərbaycanda hazırda 13 jurnalistin həbsdə olduğu, daha 15 nəfərin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

XS
SM
MD
LG