Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:49

BOK rəhbərinin Pxenyana gedəcəyi bildirilir


Şimali Koreyanın dəstək qrupu
Şimali Koreyanın dəstək qrupu

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Thomas Bach Pxençxan Qış Olimpiya Oyunlarından sonra Şimali Koreyaya səfər edəcək. Olimpiya hərəkatındakı mənbə bu gün – fevralın 12-də “Reuters” agentliyinə deyib ki, belə bir razılaşma BOK, Şimali və Cənubi Koreya arasında əldə olunub.

Mənbənin bildirməsinə görə, səfər fevralın 25-də bitəcək Olimpiya Oyunlarından sonra gerçəkləşəcək. Mənbə səfərin mövzusu barədə danışmayıb.

MOON PXENYANA DƏVƏT OLUNUB

Şimali Koreya Pxençxanda Olimpiya oyunlarına qatılır. Açılış mərasiminə iki ölkə atletləri birlikdə daxil olublar, qadınların buzüstü xokkey komandaları isə birlikdə çıxış edir.

*** Buna da bax: Koreyanın buzu “bu tezliklə əriyən deyil”

Cənubi Koreya prezidenti Moon Jae-in bu oyunlardan yararlanaraq Pxenyanı danışıqlara yenidən cəlb etməyə çalışır. Məqsəd Şimali Koreyanın nüvə proqramıyla bağlı danışıqlara yol açmaqdır.

BOK və iki Koreya yanvarın 20-də Luizianada üçtərəfli saziş imzalayaraq Pxenyanın Olimpiya oyunlarında iştirakının detallarını – atletlərin sayını, iştirak edəcəkləri oyunları müəyyənləşdiriblər.

12 ildən çox idi Koreyalar Olimpiya oyunlarına birlikdə daxil olmamışdılar.

Açılış mərasiminə Şimali Koreya lideri Kim Jong Un-un bacısı və daha bir yüksək rütbəli rəsmi qatılıb. Kim Jong Un Moon-u Pxenyana danışıqlara dəvət edib.

BOK-un aparıcı amerikalı üzvü təklif edib ki, Şimali Koreyadan 12 atletin daxil olduğu birgə xokkey komandasının Nobel Sülh Mükafatına namizədliyi verilsin.

XS
SM
MD
LG