Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:33

Azərbaycan “Formula-1” kontraktını dəyişmək istəyir


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Formula 1 yarışlarının final oyununda, 2017-ci il
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Formula 1 yarışlarının final oyununda, 2017-ci il

Azərbaycanda Grand Prix təşkilatçıları Formula 1 ilə mövcud kontraktı uzatmaqdan ötrü onun tamamilə təkmilləşdirilməsini istəyirlər.

Bakı 2016-cı ildən Formula 1 keçirir. Amma builki yarışmadan sonra tərəflər arasında danışıqlar aparılacaq. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov TASS agentliyinə deyib ki, kontrakt uzadılmamışdam şərtlərin yaxşılaşdırılmasını istəyirlər.

Grand Prix-dən üç ay sonra Formula 1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb uzatmamaq barədə qərarımızı bildirməliyik”, – nazir söyləyib.

Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula 1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq”, – Azad Rəhimov deyib.

Amma fikrimcə, həm özümüz, həm də Formula 1 rəhbərliyi yarışmanın burada keçirilməsini istəyirik”, – nazir vurğulayıb.

XATIRLATMA

Azərbaycan 2016-cı ildən “Formula-1” Grand Prix yarışlarını təşkil edir.

*** Buna da bax: Növbəti 'Formula-1' hazırlıqları başlayıb

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər “Formula-1” Grand Prix yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.

XS
SM
MD
LG